Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxumağa davam et Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

Alimlər tərəfindən Böyük Adron Kollayderində (Large Hadron Collider) aparılan tədqiqatlarda ilk dəfə olaraq neytrinonun birbaşa müşahidə olunduğu qeyd edilir. Alınmış nəticələr zərrəciklərin necə əmələ gəldiyini və kainatın təkamülündə onların rolunu öyrənməyə kömək edəcək.

Oxumağa davam et Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

Prodüser olmaq istəyənlər üçün təlimə qeydiyyat başlayır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilir.

Oxumağa davam et Prodüser olmaq istəyənlər üçün təlimə qeydiyyat başlayır

Digital Twin texnologiyasının iqlim dəyişikliklərinin proqnozlaşdırmasında faydası

İqlim dəyişikliyinin əsas səbəbi Yer kürəsindəki dinamik proseslər, Günəş radiasiyasının intensivliyinin dəyişməsi və s. kimi xarici təsirlərlə yanaşı insanın düzgün olmayan fəaliyyətidir. Günəşdə baş verən dəyişikliklər nəticəsində qlobal istiləşmə problemi yaranır. Mütəxəssislərin böyük əksəriyyəti iqlim dəyişikliyinin baş vermə səbəbinin insan fəaliyyəti ilə əlaqəli olması qənaətindədirlər.

Oxumağa davam et Digital Twin texnologiyasının iqlim dəyişikliklərinin proqnozlaşdırmasında faydası

Animatorların inkişaf proqramına qəbul başladı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə  Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbuluna start verilir.

Oxumağa davam et Animatorların inkişaf proqramına qəbul başladı

“Naxçıvan – Yaşıl Enerji Zonası” konfransı çərçivəsində mühüm sənədlər imzalanıb

Naxçıvan şəhərində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib.

Oxumağa davam et “Naxçıvan – Yaşıl Enerji Zonası” konfransı çərçivəsində mühüm sənədlər imzalanıb

Antiterror tədbirləri nəticəsində 192 hərbi qulluqçu şəhid olub, 511 nəfər yaralanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Oxumağa davam et Antiterror tədbirləri nəticəsində 192 hərbi qulluqçu şəhid olub, 511 nəfər yaralanıb

Yerli və xarici filmlərin nümayişinə start verilir – GİRİŞ SƏRBƏSTDİR

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də peşəkar tamaşaçı kütləsi formalaşdırmaqdır. Davamlı nümayiş və müzakirələrin ana məqsədi məhz budur. İttifaq hər il yerli, eyni zamanda, xarici filmləri də yerli tamaşaçılar üçün əlçatan edir.

Oxumağa davam et Yerli və xarici filmlərin nümayişinə start verilir – GİRİŞ SƏRBƏSTDİR

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə sentyabrın 29-dan oktyabrın 2-dək ixtisas seçimi aparılacaq

Oxumağa davam et Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib

Qızlar üçün “Cyber4Girls” təlimi keçiriləcək

“Beynəlxalq Qızlar Günü” ərəfəsində 30 sentyabr tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə “Cyber4Girls” təlimi keçiriləcək.

Oxumağa davam et Qızlar üçün “Cyber4Girls” təlimi keçiriləcək

DİM ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar təqdim edib.

Oxumağa davam et DİM ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar təqdim edib

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur.

Oxumağa davam et Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

İlham Əliyev Cəbrayıl və Zəngilanda təməlqoyma və açılış mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Oxumağa davam et İlham Əliyev Cəbrayıl və Zəngilanda təməlqoyma və açılış mərasimlərində iştirak edib

Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti antiterror tədbirləri çərçivəsində Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklarda olan bütün borcları silinməsi ilə bağlı qərar qəbul edib.

Oxumağa davam et Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

RubenVardanyan saxlanılaraq məsuliyyətə cəlb olunub – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxumağa davam et RubenVardanyan saxlanılaraq məsuliyyətə cəlb olunub – VİDEO

Dərsliklərin məzmunu, ağırlığı, ictimai rəy və görüləcək işlər – RƏSMİ AÇIQLAMALAR

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda dərliklərdə edilən dəyişikliklərlə bağlı suallara cavab verib

Oxumağa davam et Dərsliklərin məzmunu, ağırlığı, ictimai rəy və görüləcək işlər – RƏSMİ AÇIQLAMALAR

Sahibkarların bank hesabı açması prosedurunda dəyişikliklər edilib

Vergi Məcəlləsinə əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesablarının açılması prosedurunda müəyyən dəyişikliklər nəzərdə tutulub.

Oxumağa davam et Sahibkarların bank hesabı açması prosedurunda dəyişikliklər edilib

DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Oxumağa davam et DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Banklar artıq vətəndaşları aldata bilməyəcəklər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin qəbul edilməsi banklar tərəfindən qiymətləndirmə aparılan zaman vətəndaşın əmlakın aşağı qiymətləndirilməsi və satışa çıxarılma zamanı da aşağı qiymətlərlə satılmasının qarşısını alacaq.

Oxumağa davam et Banklar artıq vətəndaşları aldata bilməyəcəklər

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Oxumağa davam et Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – VİDEO

Ləğv prosesində olan bankların əmlakı hərraca çıxarılır

Oktyabrın 5-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi”ndə ləğv prosesində olan “Günaybank” ASC-nin, oktyabrın 12-də isə “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmirbank” və “Texnikabank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Oxumağa davam et Ləğv prosesində olan bankların əmlakı hərraca çıxarılır

Azərbaycan-Ermənistan münasibətləri bir neçə videokadrda…

X/Twitter-də 1993-cü ildə Qarabağın Ermənistan tərəfindən işğalı zamanı Kəlbəcərdə lentə alınan videoda Kaliforniya əsilli erməni terrorçu Monte Melkonyan və onun silahdaşları mühasirəyə almış Azərbaycan türklərinə 10 saat ərzində şəhəri tərk etmələri əmri verdiyi video çarx paylaşılıb.

Oxumağa davam et Azərbaycan-Ermənistan münasibətləri bir neçə videokadrda…

Bu gün II Qarabağ müharibəsində şəhidlərinin Anım günüdür

Azərbaycan Müdafiə Nazirliyi 44 günlük II Qarabağ müharibəsində şəhid olmuş əsgərlərin və hərbçilərin Anım günü ilə bağlı video çarx hazırlayıb.

Oxumağa davam et Bu gün II Qarabağ müharibəsində şəhidlərinin Anım günüdür

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumat yayıb.

Oxumağa davam et Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Gədəbəy rayonunun Söyüdlü kəndində araşdırmanın nəticəsi nə göstərib?

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Oxumağa davam et Gədəbəy rayonunun Söyüdlü kəndində araşdırmanın nəticəsi nə göstərib?

Xankəndiyə yanğının söndürülməsi üçün yanğınsöndürmə avtomobilləri göndərilib

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

Oxumağa davam et Xankəndiyə yanğının söndürülməsi üçün yanğınsöndürmə avtomobilləri göndərilib

DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayır. Festival 26 sentyabr – 1 oktyabr 2023-cü il tarixlərində keçiriləcək.

Oxumağa davam et DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək

Dövlət Gömrük Komitəsinin üzərinə valyuta sərvətləri ilə bağlı öhdəlik qoyuldu

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması təsdiq edilib.

Oxumağa davam et Dövlət Gömrük Komitəsinin üzərinə valyuta sərvətləri ilə bağlı öhdəlik qoyuldu

AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Sabirabad, Bərdə, Quba regional bölmələrində, Göygöl, Lənkəran və Tovuz regional sınaq laboratoriyalarına baytarlıq sahəsində seroloq, mikrobioloq və virusoloq vəzifələri üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.

Oxumağa davam et AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir

Azərbaycan dilində elektron təhsil resurslarının sayı artırılır

Azərbaycandilli elektron məzmunun yaradılması və tədrisdə tətbiqi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən hər il elektron resurslar hazırlanaraq istifadəyə verilir.

Oxumağa davam et Azərbaycan dilində elektron təhsil resurslarının sayı artırılır

Azərbaycan rejisorları CineDoc Young Workshop-unun qalibi olublar

Batumidə CineDoc festivalı çərçivəsində CineDoc Gənclər Təlimi (CineDoc Young Workshop) baş tutub. Azərbaycandan 5 nəfərin seçildiyi layihədə öz film layihələri ilə rejissorlar Elnur Paşa, Murad Allahverdiyev və Nurlan Həsənli, prodüser və mədəniyyət işləri üzrə menecer qismində Afaq Yusifli və yazıçı Əfsanə Yusifova iştirak ediblər.

Oxumağa davam et Azərbaycan rejisorları CineDoc Young Workshop-unun qalibi olublar

“Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

Oxumağa davam et “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq

Kiberdələduzlar passiv gəlir vəd edən mesajlar göndərilir

Kiberdələduzlar tərəfindən müxtəlif tanınmış beynəlxalq şirkətlər adından vətəndaşlara saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlar göndərilir.

Oxumağa davam et Kiberdələduzlar passiv gəlir vəd edən mesajlar göndərilir

Şuşada mina partlayışı nəticəsində şəxsin xəsarət alması faktı üzrə araşdırma aparılır

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Oxumağa davam et Şuşada mina partlayışı nəticəsində şəxsin xəsarət alması faktı üzrə araşdırma aparılır

Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.

Oxumağa davam et Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Neuralink объявил набор участников для первого клинического испытания чипов на людях

Компания Neuralink объявила набор участников для первого клинического исследования чипов на людях.

Oxumağa davam et Neuralink объявил набор участников для первого клинического испытания чипов на людях

В сети появился трейлер драмы “Военный трибунал по делу о мятеже на “Кейне””

Канал Showtime представил трейлер драмы “Военный трибунал по делу о мятеже на “Кейне””.

Oxumağa davam et В сети появился трейлер драмы “Военный трибунал по делу о мятеже на “Кейне””

Как помочь ребенку развить самосознание?

Разговор с ребенком о его сильных и слабых сторонах может помочь ребенку повысить самосознание с раннего возраста. Когда дети маленькие, мы говорим им, что они хороши во всем, будь то рисунок, который они нарисовали, или попытка сделать “сальто” в парке. Но с возрастом у детей появляется все больше проблем, и они могут начать беспокоиться о том, что не оправдают ожиданий. Хуже того, они могут позволить бесконечным похвалам вскружить им голову, если они не развили самосознание. 

Oxumağa davam et Как помочь ребенку развить самосознание?

Anesteziya hansı fəsadlar yaradır?

Cərahi əməliyyat zamanı istifadə edilən anesteziya növlərinin seçimi, əməliyyat zamanı xəstənin vəziyyətinin müşahidəsi və lazım olduğu halda korreksiya tədbirləri anestezioloqların üzərinə düşən məsuliyyətdir. Anesteziya sonrası pasientdə müşahidə olunan yan təsirlərlə artıq yeni üsullarla mübarizə aparılır, lakin təhlükəsiz anesteziya üsulları hələdə araşdırılır və risk daim mövcuddur, çünki insan orqanizmi narkoza müxtəlif reaksiyalar verə bilər.

Oxumağa davam et Anesteziya hansı fəsadlar yaradır?

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göndərilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Oxumağa davam et Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göndərilib

Dövlət Vergi Xidməti işə qəbul müsabiqəsi elan edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 20 sentyabr 2023-cü il tarixdən hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

Oxumağa davam et Dövlət Vergi Xidməti işə qəbul müsabiqəsi elan edib

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.

Oxumağa davam et “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edildi

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib.

Oxumağa davam et Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edildi

Rusiya sülhməramlılarına məxsus avtomobil atəşə tutulub – hərbi qulluqçular həlak olub

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Oxumağa davam et Rusiya sülhməramlılarına məxsus avtomobil atəşə tutulub – hərbi qulluqçular həlak olub

Индия запускает услугу 5G FWA в восьми городах

Reliance Jio представила услугу фиксированного беспроводного доступа (FWA) в восьми городах Индии, заявив, что технология, использующая ее сеть 5G, преодолевает ограничения на подключение последней мили и потенциально может соединить каждый дом и малый бизнес.

Oxumağa davam et Индия запускает услугу 5G FWA в восьми городах

По всей Солнечной системе оставят цифровые библиотеки с данными о землянах

Это на случай апокалипсиса и вымирания, а не для инопланетян.

Oxumağa davam et По всей Солнечной системе оставят цифровые библиотеки с данными о землянах

Azərbaycan Prezidenti xalqa müraciət edir – CANLI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciət edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı xalqa müraciətində lokal xarakterli antiterror tədbirlərinin görülməsinin səbəblərindən və nəticələrindən bəhs etdi.

Prezident İlham Əliyevin xalqa müraciəti

– Əziz həmvətənlər.

Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.

Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.

Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.

Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Bir daha qeyd etmək istəyirəm ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən mən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir.

Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə – Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu və onu da bildirməliyəm, indi saat yeddiyə beş dəqiqə işləyir.

Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?! Bütün İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi razılaşmalara rəğmən bu ayın 9-da Qarabağda saxta “seçkilər” keçirildi, saxta “prezident” seçildi, dırnaqarası prezident. Həmin o şəxs dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar. Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.

İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.

Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi – Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.

Ermənistan bu dövr ərzində – dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.

Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nə etməlidirlər?

Hər bir uşağın məktəbə getməsi onun həyatında yeni bir dönəmin başlaması deməkdir. Məktəbdən öncə uşaq baxçaya gedibsə o nisbət etibarı ilə məktəb nizam-intizamına daha tez uyğunlaşır, lakin əks halda bu dönəm ilk günlərdə uşaq üçün çətin ola bilər. Valideynlər təbii ki, bu mərhələdə övladlarına qarşı daha diqqətli və anlayışlı olmaldırlar. Onlar məktəb öncəsi uşaqlarının yeni şəraitə uyğunlaşmaları üçün onları bir çox gündəlik vərdişləri aşılamalıdırlar.

Oxumağa davam et Valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nə etməlidirlər?

Naxçıvanda Dövlət Proqramı çərçivəsinə hansı tədbirlər həyata keçiriləcək?

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib.

Oxumağa davam et Naxçıvanda Dövlət Proqramı çərçivəsinə hansı tədbirlər həyata keçiriləcək?

Dövlət satınalmaları haqqında Qanun təsdiqlənib

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.

Oxumağa davam et Dövlət satınalmaları haqqında Qanun təsdiqlənib

Sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri təsdiq edilib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Oxumağa davam et Sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri təsdiq edilib

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

Oxumağa davam et Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

İşğaldan azad edilmiş ərazilərdə 314 nəfər mina terrorunun qurbanı olub

10 noyabr 2020 – 19 sentyabr 2023 tarixləri aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə 314 nəfər mina terrorunun qurbanı olub.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə 314 nəfər mina terrorunun qurbanı olub

Rəcəb Tayib Ərdoğan: Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün attığı addımları dəstəkləyirik

Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünü qorumaq naminə attığı adımları dəstəklədiyini bildirib.

Oxumağa davam et Rəcəb Tayib Ərdoğan: Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün attığı addımları dəstəkləyirik

США создает первую гибридную сеть 5G

Американская частная сетевая компания Betacom заключила партнерство с оператором UScell ​​для создания общедоступных и частных гибридных сетей 5G для предприятий, чтобы помочь им модернизировать свою деятельность в разных местах.

Oxumağa davam et США создает первую гибридную сеть 5G

Вышел трейлер вестерна “В поисках зверя” с Николасом Кейджем

Sony Pictures поделилась дебютным трейлером фильма “В поисках зверя”. Остросюжетный вестерн с Николасом Кейджем впервые дебютировал на экранах в прошлом году.

Oxumağa davam et Вышел трейлер вестерна “В поисках зверя” с Николасом Кейджем

Топ 3 эффективных способа борьбы с синдромом психологического избегания

Наше желание избегать событий и факторов, которые нас беспокоят нормально.

Oxumağa davam et Топ 3 эффективных способа борьбы с синдромом психологического избегания

Lokal antiterror tədbirlərinə həsr olunuş brifinq keçirilib

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə mətbuata lokal antiterror tədbirləri haqqında məlumat vermək məqsədi ilə brifinq keçiriblər.

Oxumağa davam et Lokal antiterror tədbirlərinə həsr olunuş brifinq keçirilib

Ermənistan silahlı qüvvələrinin radiolokasiya stansiyası məhv edilib

Radiolokasiya stansiyası Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomaneələr yaradırmiş.

Oxumağa davam et Ermənistan silahlı qüvvələrinin radiolokasiya stansiyası məhv edilib

DİM müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib

Dövlət İmtahan Mərkəzinin Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.

Oxumağa davam et DİM müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib

Daxili İşlər Nazirliyinin əməkdaşlarının nəqliyyat vasitəsi minaya düşərək partlayıb

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi minaya düşərək partlayıb.

Oxumağa davam et Daxili İşlər Nazirliyinin əməkdaşlarının nəqliyyat vasitəsi minaya düşərək partlayıb

Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Oxumağa davam et Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb

Какой бывает честность и может ли она навредить?

Насколько вы честны со своим партнёром? Все мы знаем, что горькая правда лучше, чем сладкая ложь, особенно когда дело касается доверия в паре. Но можно ли быть слишком честным? Например, когда любимый человек приготовит блюдо, которое невозможно есть, вы скажете ему правду или побережёте его чувства и соврёте?

Oxumağa davam et Какой бывает честность и может ли она навредить?

Представлен расширенный трейлер мини-сериала “Уроки химии”

Apple TV+ представил дебютный трейлер мини-сериала “Уроки химии”. Главную роль в нём исполнила лауреатка “Оскара” Бри Ларсон.

Oxumağa davam et Представлен расширенный трейлер мини-сериала “Уроки химии”

Новая нейросеть генерирует аудио по текстовому описанию

Stability AI, известная в основном по нейросетям для генерации картинок (Stable Diffusion, Stable Doodle и не только), выпустила новую нейросеть Stable Audio.

Oxumağa davam et Новая нейросеть генерирует аудио по текстовому описанию

Каналы в WhatsApp стали доступны всем

WhatsApp объявил о запуске каналов по всему миру. Эта функция появилась в мессенджере ещё в июне, однако до этого она была доступна лишь на 10 странах.

Oxumağa davam et Каналы в WhatsApp стали доступны всем

Dövlət orqanında inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı edilib

11 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Oxumağa davam et Dövlət orqanında inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı edilib

“Bakmil” stansiyasına hərəkət edən qatarların cədvəlinə də dəyişikliklər edilib

Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tətbiq ediləcək. Bu səbəbdən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə də dəyişikliklər edilib.

Oxumağa davam et “Bakmil” stansiyasına hərəkət edən qatarların cədvəlinə də dəyişikliklər edilib

“Təhsil millətin gələcəyidir” adlı təqaüd layihəsinin sosial hesabat tədbiri keçirilib

Nizami kinoteatrında “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin “Təhsil millətin gələcəyidir” adlı təqaüd layihəsinin sosial hesabat tədbiri keçirilib.

Oxumağa davam et “Təhsil millətin gələcəyidir” adlı təqaüd layihəsinin sosial hesabat tədbiri keçirilib

Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə saat 07:50 qatarının hərəkəti bərpa olunur

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəllərində 15 sentyabr tarixindən etibarən dəyişikliklər edir.

Oxumağa davam et Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə saat 07:50 qatarının hərəkəti bərpa olunur

Azərbaycanda hər beşinci ana övladının İT sahəsində çalışmasını istəyir

Azərbaycanda valideynlərin övladlarının gələcəkdə kim olmasını arzuladıqları məlum olub. Sorğuda 3000-dən çox ana iştirak edib.

Oxumağa davam et Azərbaycanda hər beşinci ana övladının İT sahəsində çalışmasını istəyir