Dövlət satınalmaları haqqında Qanun təsdiqlənib

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 10 fəsildən ibarət olan qanunun birinci fəslində qanunda istifadə olunan əsas anlayışlar, qanunvericilik, qanunun tətbiq dairəsi, dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, satınalmalarda maraqlar toqquşması, saxtakarlıq halları, məxfilik (konfidensiallıq), davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, sənədlərin və məlumatların təqdim edilməsi formaları, satınalmalarda sənədləşdirilmənin aparılması dili, valyuta növü ilə bağlı maddələr yer alıb.

Qanunun ikinci fəslində Dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri,Dövlət satınalmalarının vahid internet portalı, Etibarsız təchizatçılar ilə bağlı maddələr yer alıb.

Qanunun üçüncü fəsli satınalmaların təşkili, o cümlədən satınalma mərhələləri, planlaşdırılması, ehtimal olunan qiymət, satınalma komissiyasının formalaşdırılması, satınalma komissiyasının məsuliyyəti, satınalma predmetinin təsvirinə aid tələblər, təchizatçıların uyğunluq göstəriciləri, təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru, şərtlər toplusu, təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi), təchizatçılara izahat verilməsi və sənədlərdə dəyişikliklərin edilməsi maələrindən ibarətdir.

Qanunun dördüncü fəsli təkliflərin qəbulu və açılması, o cümlədən istifadə haqqı və iştirak haqqı, təkliflərin təqdim edilməsi, təminatı, qüvvədə olma müddəti, dəyişdirilməsi və geri götürülməsi, təkliflərin açılması qaydası ilə bağlı maddələrdən ibarətdir.

Beşinci fəsil təkliflərin qiymətləndirilməsi və satınalma komissiyasının qərarları, o cümlədən uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsi, satınalma komissiyasının qərarları, təchizatçıların satınalmadan kənarlaşdırılması, satınalmanın ləğv edilməsi, gözləmə müddəti, təkliflərin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi, satınalma müqaviləsi üzrə ödəmələr madələrindən ibarətdir.

Altıncı fəsil hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalma müqaviləsinin icrasına nəzarət, satınalma müqaviləsində dəyişiklik madələrundən ibarətdir.

Yeinci fəsil satınalma metodları, səkizinci fəsil çərçivə sazişlərinə tətbiq olunan tələblər, doqquzuncu fəsil şikayət verilməsi, onuncu fəsil yekun müddəalar, o cümlədən bu Qanunun pozulmasına görə nəzərdə tutulan məsuliyyət ilə bağlı maddələrdən ibarətdir.

Leave a Reply