Naxçıvanda Dövlət Proqramı çərçivəsinə hansı tədbirlər həyata keçiriləcək?

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamının 3.3-cü bəndinə əsasən:

1. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli həvalə edilib.

Sərəncam 2023-cü il 15 sentyabr tarixindən etibarən qüvvədədir.

Leave a Reply