Azərbaycan ən ucuz ölkələr reytingində hansı yeri tutub?

“World of Statistics” dünyanın yaşamaq üçün ən ucuz ölkələri reytinqini müəyyən edib.

TIME bildirir ki, reytinqə əsasən yaşamaq üçün dünyanın ən ucuz ölkələri üçlüyünə Pakistan, Misir və Hindistan kimi ölkələr daxildir. Reytinqin ilk onluğunda 9-cu yerində Özbəkistan, 10-cu yerində Türkiyə yerləşib.

Azərbaycan yaşamaq üçün ən ucuz ölkələr reytinqinin ilk 20-liyində 16-cı sırada yer alıb. İran reytinqdə 13-cü yerdə, Qırğızıstan 14-cü yerdə, Rusiya isə 19-cu yerdə qərarlaşıblar.

Ucuzluq meyarları qida, mənzil, nəqliyyat, telekommunikasiya xidmətləri və restoranların qiymətləri əsasında müəyyən edilir.

Azərbaycanda aylıq nəqliyyat xərcləri (yalnız avtobus ilə işə gedib gəlmək) minimum 15 dollar təşkil edir, müqayisə üçün Hindistanda aylıq nəqliyyat xərcləri 9,5 dollar, Pakistanda 7,5 dollar təşkil edir.

Azərbaycanda mənzil icarəsi ən yaxşı halda 150-200 dollar təşkil edir, bu qiymətə kommunal xidmətlər daxil deyil. Kommunal xidmətlər aylıq 80-100 dollar təşkil edir.

Ən ucuz internet 6-12 dollara başa gəlir. Ən ucuz internet xidmətləri tarifləri dünya üzrə 5-12 dollar təşkil edir. Ən ucuz ölkədaxili mobil zənglər operatordan asılı olaraq dəqiqəsi 0,018 dollar. Müqayisə üçün bildirək ki, Hindistan, Misir və Pakistanda mobil zəngin dəqiqəsi 0,01 dollar təşkil edir.

Taksi xidmətləri şəhər daxili sərnişindaşımaları üzrə start qiyməti 1 dollar, kilometrə görə isə 0,59 dollar təşkil edir. Misirdə taksi xidməti 0,51 dollardır, İranda -0,48 dollardır.

Restoranda iki nəfərlik şam yeməyi ən yaxşı halda 20 dollar təşkil edir. Müqayisə üçün ən ucuz ölkələrdə bu 10-16 dollar təşkil edir.

Aylıq qida və gündəlik istifadə məhsulları xərcləri bir nəfər üçün minimum 90 dollar təşkil edir, orta statistik dörd nəfərlik ailə üçün minimum 350 dollar.

Yaşamaq üçün ən bahalı ölkələr

Yaşamaq üçün dünyanın ən ucuz ölkələri reytinqinin göstəricilərinə əsasən yaşamaq üçün ən bahalı ölkələr İsveçrə, Sinqapur və Norvecdir.

Daha sonra reytinqin son onluğuna Danimarka, Avstraliya, ABŞ, İsrail, Cənubi Koreya, Fransa və Finlandiya kimi ölkələr daxildir.

Emiqrantların köçməyə can attıqları Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya, Kanada, İsveç və Avstriya kimi ölkələr ən bahalı ölkələr siyahısının ikinci onluğuna daxildirlər.

Bəs niyə miqrantlar bu ölkələrə köçmək istəyirlər?

ABŞ, Kanada, Avstraliya və Cənubi Afrika. Avropada, Almaniya, İsveçrə və Lüksemburq immiqrant işçilərin ən yüksək nisbətinə malikdir və ən zəngin ölkələr sırasındadırlar.

Avstraliya, Kanada, ABŞ müxtəlif ölkələrdən xüsusi mütəxəssis olan immiqrantları qəbul edirlər və bu ölkələrdə müddətli vizalar almaq nisbətən asan işdir. Misal üçün Böyük Britaniyada həkimlərin və tibb bacılarının böyük hissəsi xarici əsilli vətəndaşlardır.

Kanada və Avstraliya kimi ənənəvi immiqrasiya ölkələri adətən immiqrantları xüsusi işləri doldurmamaq üçün qəbul edir. Ölkələrin miqrasiya siyasəti elə qurulub ki, immiqrantlar əmək bazarında dərhal işçi çatışmazlığını doldurmaq üçün və uzunmüddətli perspektivdə inteqrasiya imkanlarına görə seçilir. Bu səbəbdən lazımlı sertifikasiyanı keçən miqrantlar ölkəyə daxil ola bilər, sonradan onlar öz işini seçməkdə və iş yerini dəyişməkdə sərbəstdirlər.

Digər ölkələr müxtəlif yollarla əcnəbi işçilərin işə götürülməsinə mane olurlar. Məsələn, Sinqapurda işəgötürənlərdən miqrant işçilər üçün rüsum və ya vergi tutulur. Bəhreyn, Qazaxıstan, Polşa, Seneqal, Slovakiya və Çexiya kimi digər ölkələrdə miqrant işçilərə əlavə mükafatlar ödənilir. İşəgötürənlərin ucuz miqrant əməyinə müraciət etməməsini təmin etmək üçün ən geniş yayılmış yollardan biri
miqrantlara ən azı yerli işçi ilə eyni əmək haqqı ödənişinin tələbidir.

Bundan başqa, xarici özəl işə götürmə agentliklərinə miqrant işçiləri idxal etməyə icazə verilir və 23 ölkədə bu agentliklər işçilərdən işə qəbul haqqı tələb edə bilər. Bu ölkələr siyahısına Kanada, İsveçrə, ABŞ və Yeni Zelandiya kimi inkişaf etmiş ölkələr daxildir. Rüsumların tutulmasına icazə verən digər ölkələr arasında Əlcəzair, Bəhreyn, Burundi, Qazaxıstan, Çin, Mavrikiy, Malayziya, Seyşel adaları, Slovakiya, Surinam və Tacikistan adlandırıla bilər. Əksər hökumətlər isə bu ödənişlərin məbləğini 5-25% arasında məhdudlaşdırır.

Qeyd edək ki, son illər artıq ölkələr miqrasiya siytasətlərində daxili siyasi prioritetləridə nəzərə alır və bəzi ölkələrdən miqrantların qəbulunu məhdudlaşdırır.

Miqrantlar isə ölkə seçimində artıq iqlim və mədəniyyət uyğunluğuna, təhsil xərclərinin və imtiyazlarının qənaətbəxş olmasına görə hərəkət edirlər.

Aynur Vəliyeva

Leave a Reply