Sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri təsdiq edilib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına
icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağdakı kimidir:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği:

  • Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 125 manat
  • Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat
  • Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi- 250 manat
  • Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat
  • Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi 3000 manat

Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Leave a Reply