Azərbaycanda hər beşinci ana övladının İT sahəsində çalışmasını istəyir

Azərbaycanda valideynlərin övladlarının gələcəkdə kim olmasını arzuladıqları məlum olub. Sorğuda 3000-dən çox ana iştirak edib.

TIME Kaspersky şirkətinin keçirdiyi sorğunun nəicələrinə istinadən bildirir ki, məlum olub ki, valideynlərin əksəriyyəti övladları üçün informasiya texnologiyaları seqmentinə üstünlük verəcək: bunu respondentlərin 22%-i qeyd edib.

Səhiyyə sektoru da perspektiv vəd edən sahələr arasındadır – hər yeddinci respondentin (14%) seçimi səhiyyə olub. Digər populyar cavablara maliyyə və hüquq xidmətləri (hər biri 4% olmaqla) daxildir.

Respondentlərin kiçik hissəsi əyləncə sənayesi, ticarət, sosial biznes, idman və sənaye dizaynına üstünlük verir. Maraqlıdır ki, böyüklərin beşdə biri (20%) gələcək peşə seçimini övladının öhdəsinə buraxır.

Leave a Reply