Qənirə Paşayeva vəfat etdi

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

TIME Trend-ə istinadən bildirir ki, mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları Heydər Məscidində vida mərasimində iştirak ediblər.

Mərhumla vida mərasimindən sonra onun nəşi İkinci Fəxri xiyabana gətirilib.

Qənirə Paşayevanın II Fəxri xiyabanda dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edib.

Xatırladaq ki, deputat [tən gecə müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Leave a Reply