DİM müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib

Dövlət İmtahan Mərkəzinin Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək  hr@dim.gov.az elektron poçt ünvanına  göndərə bilərlər.

Leave a Reply