Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər. Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

Leave a Reply