Bank kartındakı vəsaitlər oğurlanmasın deyə nəyi etmək olmaz?

Elektron Təhlükəsizlik Xidməti dələduzlardan müdafiə tövsiyyələri mövzusunda növbəti maarifləndirici videoçarx hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, video çarxda özünü bank adından təqdim edən dələduzlara və sizdən bank məlumatlarınızı tələb edən şəxslərlə fərdi məlumatlarınızı bölüşməmək tövsiyə edilir.

Belə ki, videoçarxda qeyd edilib ki, özünü bank işçisi kimi təqdim edən şəxslərə bank kartınızın nömrəsini, istifadə müddətini və məxfi CVV kodunu heç bir halda demək olmaz. Bu məlumatlar bildirilməsi dələduzların bank kartınızın balansındakı vəsaitləri oğurlamağa imkan yaradır.

Leave a Reply