Qızlar üçün “Cyber4Girls” təlimi keçiriləcək

“Beynəlxalq Qızlar Günü” ərəfəsində 30 sentyabr tarixində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə “Cyber4Girls” təlimi keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təlimin keçirilməsində məqsəd qızların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılmasından ibarətdir.

Təlim 13-18 yaş aralığında olan qızlar üçün nəzərdə tutulub.

Təlimdə iştirak ödənişsizdir. İştirak etmək üçün bu linkə ( https://bit.ly/3RzpSUZ ) keçid

edərək qeydiyyatdan keçə bilərsiniz.

Təlimin keçiriləcəyi tarix və saat: 30 sentyabr 2023, 09:30-13:00

Təlimin keçiriləcəyi məkan: Radisson Hotel Baku

Əlavə məlumat üçün 1654 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Leave a Reply