TƏBİB vakant yerlər elan edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələr üzrə vakant yerlər elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iş yerləri Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında təklif olunur.

Mövcud vakant vəzifələr:

• Ginekologiya və doğum şöbəsinin müdiri (həkim-mama-ginekoloq);

• Poliklinika şöbəsinin müdiri;

• Həkim-diyetoloq;

• Həkim-psixiatr;

• Həkim-uroloq;

• Şüa diaqnostikası üzrə həkim;

• Fizioterapiya kabinetinin müdiri;

• Həkim-ümumi cərrah;

• Həkim-anestezioloq-reanimatoloq;

• Terapiya şöbəsinin müdiri;

• Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim;

• Ailə həkimi-terapevt;

• Ailə həkimi-pediatr.

Əməkhaqqı:

Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Müraciət qaydası:

CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: Daşkəsən RMX–həkim -ümumi cərrah) qeyd edərək müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər:

• Şəxsiyyəti təsdiq edən sənədin surəti;

• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);

• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

Son müraciət tarixi 2023-cu il oktyabrın 22-dir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd edək ki, TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Leave a Reply