İlham Əliyev: Biz uzunmüddətli sülhə hədəflənmişik

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar. Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.

X X X

Prezident İlham Əliyev dedi:

-Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.Prezident Vladimir Putin: Sağ olun.

Çalışdığı şirkətin 15 min manatdan çox pulunu mənimsəyən şəxslə bağlı cinayət işi açıldı

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

TIME Füzuli rayon prokurorluğunun məlumatına istinadən bildirir ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.

ə verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

“Azəristiliktəchizat” payız-qış mövsümünə hazırlıq işləri görür

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarının 2022-2023-cü illər payız-qış mövsümünə hazırlanmasına dair təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti ilə bağlı Regional İstilik Sistemləri İstismar Sahələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müşavirədə Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala və Mingəçevir İstilik Sistemləri İstismar Sahələrinin rəhbərləri iştirak edib və istilik mövsümünə hazırlıqla bağlı hesabat təqdim ediblər.

Qazanxana, elektrik, nəzarət ölçü cihazları, avtomatika və istilik şəbəkəsi avadanlıqları, həmçinin qaz təsərrüfatlarına aid əsaslı və cari təmir işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılması və ümumilikdə istilik təsərrüfatlarının mövsümə tam hazır olmasının təmin edilməsi birmənalı şəkildə müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

“Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qarşıda duran vəzifələr və Cəmiyyətin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər haqqında müşavirə iştirakçılarını məlumatlandırıb. Müvafiq tapşırıqlar verilməklə, yaşayış binaları, təhsil və səhiyyə müəssisələrinin keyfiyyətli istilik təchizatının təmin edilməsi üçün qeyd edilən obyektlərin binadaxili istilik sistemlərində zəruri təmir bərpa işlərinin aparılması məqsədi ilə balanssaxlayıcıları ilə mütəmadi görüşülməsi və lazımi texniki dəstəyin verilməsi zəruriyyəti Regional İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, 2022-2023-cü illər istilik mövsümündə respublikanın regionlarında Cəmiyyətə məxsus 203 qazanxana istismar edilməklə 97 məktəb, 33 uşaq bağçası, 47 səhiyyə, 28 təsərrüfat obyekti və 95 büdcədən maliyyələşdirilən digər təşkilatların istiliklə təmin edilməsi proqnozlaşdırılır.

Впервые в мире мозг человека пересадили крысам

Такими крысами можно управлять и предсказывать их поведение. Отдел коры животного напомнил нейроны человека.

Oxumağa davam et Впервые в мире мозг человека пересадили крысам

Супругу Карла III могут короновать без короны с “Кохинором”

Супругу Карла III могут короновать без короны с “Кохинором” из-за разногласий с Индией.

Oxumağa davam et Супругу Карла III могут короновать без короны с “Кохинором”

Qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək

1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.

Oxumağa davam et Qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək

İlham Əliyev: 30 il erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.

Oxumağa davam et İlham Əliyev: 30 il erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı