Etiket arxivi: #qida

Qida sahəsində idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib.

Oxumağa davam et Qida sahəsində idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib

Məşqdən əvvəl və sonra necə qidalanmalı?

İdman məşqlərindən əvvəl və sonra qidalanma rejimi əsasən tərkibində zülal və karbohidrat olan qida məhsullarının istehlakını əhatə edir. Nəzərə almaq lazımdır ki, bu cür qidalanma rejimi həm ideal bədən quruluşu, həm sağlamlıq, həm də fiziki iş qabiliyyəti üçün əhəmiyyətlidir. Belə qidalanma rejimi daha çox məşqdən sonra zədələnmiş toxumaların bərpası üçün nəzərdə tutulmaqla yanaşı, bədən kütləsi, xüsusilə bədənin yağsız kütləsinin yaxşılaşdırılması üçün də əhəmiyyət kəsb edir.

Oxumağa davam et Məşqdən əvvəl və sonra necə qidalanmalı?

Qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək

1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.

Oxumağa davam et Qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək

Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər. Belə ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır.

Oxumağa davam et Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?

Əsas qida məhsullarının qiymət indexi artıb

2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun
aylarına nisbətən 112,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
118,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,7 faiz, əhaliyə göstərilib ödənişli xidmətlər üzrə
110,3 faiz təşkil edib.

Oxumağa davam et Əsas qida məhsullarının qiymət indexi artıb

İstehlak bazarında qida məhsullarının qiymətləri 21% artıb

2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Oxumağa davam et İstehlak bazarında qida məhsullarının qiymətləri 21% artıb

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında Anlaşma Memorandumu imzalanıb.

Oxumağa davam et Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb

6 növ qida məhsulu istehsalçılarının kreditləri subsidiyalaşdırılacaq

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

Oxumağa davam et 6 növ qida məhsulu istehsalçılarının kreditləri subsidiyalaşdırılacaq

Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq.

Oxumağa davam et Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq

Ramazanda necə qidalanmaq tövsiyə olunur?

Ramazan ayı öz gəlişi ilə sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması və təşviqini gündəmə gətirməklə bu sahəyə diqqəti bir daha artırır. Bu baxımdan, nəzərə alınmalı başlıca məqam oqranizmin maye tələbatı çərçivəsində su balansının tənzimlənməsidir.

Oxumağa davam et Ramazanda necə qidalanmaq tövsiyə olunur?

Azərbaycandan heyvandarlıq və qida məhsullarının çıxarılması xüsusi icazə ilə həyata keçiriləcək

Nazirlər Kabineti Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının
tənzimlənməsinə dair tədbirlər haqqında Qərar verib.

Oxumağa davam et Azərbaycandan heyvandarlıq və qida məhsullarının çıxarılması xüsusi icazə ilə həyata keçiriləcək

İstifadə müddəti bitmiş qida məhsulları aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Yeni Daşkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Pirnəzərov Tural Məhəmmədəli oğluna məxsus “Lux” marketdə keçirilən yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulduğu və qida məhsullarının təhlükəsizliyinə riayət edilmədiyi aşkar edilib.

Oxumağa davam et İstifadə müddəti bitmiş qida məhsulları aşkar edilib

Boy artması üçün hansi qida məhsullarına üstünlük verilməlidir

Boy hormonunun defisiti uşaqlar arasında geniş yayılmış hipofiz vəzin hormon çatışmazlığıdır. Ayrıca izolə olunmuş şəkildə və ya hipofizin digər hormonlarının çatışmazlığı ilə birlikdə rast gəlinə bilər. Adətən boy hormonunun çatışmazlığı uşaqlarda bədən üzvlərinin normal inkişafı şəraitində böyümə sürətinin anormal dərəcədə azalması ilə xarakterizə olunur. Boy hormonunun defisiti böyümə prosesini pozmaqla yanaşı, uşaqlarda həm də dişlərin inkişafını, yeniyetmələrdə isə cinsi yetişkənlik prosesini ləngidir. Bədən kütləsinin artması ilə boy arasında uyğunsuzluq yarana bilər ki, bu da piylənməyə səbəb olur.

Oxumağa davam et Boy artması üçün hansi qida məhsullarına üstünlük verilməlidir

Körpələrin gündəlik rasionunda hansı qida məhsulları olmalıdır

Qidalanma həyatımızın hər mərhələsində çox vacibdir. Doğulduqdan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Məhz bu dövrdə sağlam, düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə və laktasiya dövründə düzgün qidalanması və bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.

Oxumağa davam et Körpələrin gündəlik rasionunda hansı qida məhsulları olmalıdır

Orqanizmdə dəmir çatışmazlığı zamanı düzgün qidalanma

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikasında qurumun Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Gülnarə Quluzadənin hazırladığı maarifləndirici məqaləsi dəmir çatışmazlığı zamanı qidalanmanın rolu haqqındadır.

Oxumağa davam et Orqanizmdə dəmir çatışmazlığı zamanı düzgün qidalanma

Qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.

Oxumağa davam et Qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti

İftara nə yeməlisiniz ki, immun sisteminiz zəifləməsin?

İnsan orqanizminin sağlamlığı genetik baza ilə yanaşı, apardığımız həyat tərzindən və gündəlik istifadə etdiyimiz qida məhsullarından asılıdır. İnsan gündəlik həyatında baş verən istənilən dəyişiklik onun sağlığına mütləq şəkildə təsir edir. Bunu əlbəttə ki, pandemiya dövründə yaşadığımız Ramazan ayında da nəzərə almalıyıq, çalışmalıyıq ki, oruc tutduğumuz zaman immun sistemimizin zəifləməsinə və xəstəliyə asan yoluxmamıza imkan verməyək.

Oxumağa davam et İftara nə yeməlisiniz ki, immun sisteminiz zəifləməsin?

Gözlərinizin sağlamlığı üçün nə yeməlisiniz?

Gözlərin sağlamlığını qorumaq üçün düzgün və balanslı qidalanma mühüm rol oynayır. Belə ki, bir sıra vitaminlərlə zəngin qidaları mütəmadi istehlak etməklə göz xəstəliklərinin inkişaf riskini azaltmaq mümkündür. Bulanıq görməyə səbəb olan katarakt, yaşla bağlı makulodistrofiya (YBMD), qlaukoma, quru göz sindromu, hemeralopiya və ya el arasında “toyuq korluğu” kimi xəstəliklərə qarşı yüksək vitamin dəyəri olan qidaların istehlakı olduqca faydalıdır.

Oxumağa davam et Gözlərinizin sağlamlığı üçün nə yeməlisiniz?