Etiket arxivi: #Rusiya

Azərbaycan Prezidentinin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Oxumağa davam et Azərbaycan Prezidentinin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü olub 

Azərbaycan Prezidentinin Rusiya Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

– Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.

Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.

Çox sağ olun, təşəkkür edirəm.

Azərbaycan və Rusiya sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür

Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində “Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.

Oxumağa davam et Azərbaycan və Rusiya sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür

İlham Əliyev: Biz uzunmüddətli sülhə hədəflənmişik

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar. Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.

X X X

Prezident İlham Əliyev dedi:

-Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.Prezident Vladimir Putin: Sağ olun.

Putin: Türkiyədə böyük qaz mərkəzi yarada bilərik – VİDEO

Rusiya lideri Putin “Şimal axını” xətti ilə bağlı açıqlamasında “Rusiya və AB onun taleyini həll etməlidir. Biz “Şimal axını 2″ ilə təbii qaz tədarük etməyə hazırıq. Top artıq AB-də” deyib. Putin açıqlamasında “Türkiyədə böyük qaz mərkəzi yarada bilərik” deyib.

Oxumağa davam et Putin: Türkiyədə böyük qaz mərkəzi yarada bilərik – VİDEO

Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub

İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.

Oxumağa davam et Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub

Azərbaycan Prezidenti: Biz uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxumağa davam et Azərbaycan Prezidenti: Biz uzunmüddətli və davamlı sülhün tərəfdarıyıq

Azərbaycanla Rusiya arasında elektron sertifikatlaşdırılma sisteminin tətbiqi haqqında Protokol təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.

Oxumağa davam et Azərbaycanla Rusiya arasında elektron sertifikatlaşdırılma sisteminin tətbiqi haqqında Protokol təsdiq edilib

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü

12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Oxumağa davam et Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır.

Oxumağa davam et Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır

Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək, həmçinin, bu həftənin sonuna kimi XİN xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır.

Oxumağa davam et Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Oxumağa davam et Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. 

Oxumağa davam et Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür

Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlar üçün növbəti sərhəd buraxılışı təşkil edilib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23 fevral – 28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Oxumağa davam et Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlar üçün növbəti sərhəd buraxılışı təşkil edilib

Azərbaycan Zelenskinin Rusiya ilə danışıqlara qatılmağa razı olduğu ölkələrdən biridir

Ukrayna prezidenti Vladimir Zelenski Turkiyyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya tərəfi ilə danışıqların keçirilməsi təşəbbüsü ilə çıxdıqlarına görə təşəkkür edib.

Oxumağa davam et Azərbaycan Zelenskinin Rusiya ilə danışıqlara qatılmağa razı olduğu ölkələrdən biridir

Azərbaycan Prezidenti Rusiya KİV-nə müsahibə verib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Oxumağa davam et Azərbaycan Prezidenti Rusiya KİV-nə müsahibə verib

Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalanıb

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Oxumağa davam et Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalanıb

Azərbaycanla Rusiya nəqliyyatın rəqəmsallaşdırılması və digər sahələrdə əməkdaşlıq edəcəklər

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.

Oxumağa davam et Azərbaycanla Rusiya nəqliyyatın rəqəmsallaşdırılması və digər sahələrdə əməkdaşlıq edəcəklər

Prezident İlham Əliyev: Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. 

Oxumağa davam et Prezident İlham Əliyev: Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz-VİDEO

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüş keçirilib

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Oxumağa davam et Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüş keçirilib

Sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyü tanınaraq aparılacaq

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 25-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Oxumağa davam et Sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyü tanınaraq aparılacaq

Sergey Şoyqu Azərbaycan sərhədində vəziyyəti sabitləşdirməyə hazır olduğunu bildirib

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Oxumağa davam et Sergey Şoyqu Azərbaycan sərhədində vəziyyəti sabitləşdirməyə hazır olduğunu bildirib

Rusiyadan Azərbaycana yararsız toxumluq kartof məhsulu gətirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 67000 kq toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Oxumağa davam et Rusiyadan Azərbaycana yararsız toxumluq kartof məhsulu gətirilib

Rusiyaya 205 müəssisədən pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.

Oxumağa davam et Rusiyaya 205 müəssisədən pomidor ixracına icazə verilib

Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərləri görüşüblər

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü baş tutub.

Oxumağa davam et Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərləri görüşüblər

Rusiyanın səyahət platformasında turizm marşrutlarımız haqda məlumat yerləşdirilib

Azərbaycan Turizm Bürosu Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində veb-saytda Azərbaycanın 5 turizm marşrutu haqqında geniş məlumat yerləşdirilib. 

Oxumağa davam et Rusiyanın səyahət platformasında turizm marşrutlarımız haqda məlumat yerləşdirilib

Ümumilikdə 70 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Oxumağa davam et Ümumilikdə 70 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

65 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Oxumağa davam et 65 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Rusiyadan idxal olunan quşçuluq məhsulu yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Oxumağa davam et Rusiyadan idxal olunan quşçuluq məhsulu yararsız olduğu aşkarlanıb

Rusiya Federasiyası meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub

Xəbər verildiyi kimi, Rusiya Federasiyasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub.

Oxumağa davam et Rusiya Federasiyası meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub

Azərbaycanın 131 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Oxumağa davam et Azərbaycanın 131 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

Rusiya kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əməkdaşlığa maraq göstərir

Aprelin 26-da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclası keçirilib.

Oxumağa davam et Rusiya kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əməkdaşlığa maraq göstərir

Rusiyada Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərinin sərgisi keçirilir

Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsi üçün önəmli layihələrdən biri də 18 fevral 2021-ci ildə Rusiya Etnoqrafiya Muzeyində açılış mərasimi keçirilən, yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq… Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidir.

Oxumağa davam et Rusiyada Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərinin sərgisi keçirilir

Rusiya Azərbaycanın və Türkiyənin regionda sabitliyinin bərqərar olması uğrunda atdığı addımları dəstəkləyir

Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Andrey Rudenko TASS xəbər agentliyinə verdiyi müsahibədə Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda fəaliyyətinin davam etdirilməsinin lazım olduğu ehtimalı ilə çıxış etdiyini bildirib.

Oxumağa davam et Rusiya Azərbaycanın və Türkiyənin regionda sabitliyinin bərqərar olması uğrunda atdığı addımları dəstəkləyir

Azərbaycan və Rusiya XİN rəhbərləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Cari ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Oxumağa davam et Azərbaycan və Rusiya XİN rəhbərləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Rusiyada Dağlıq Qarabağla bağlı üçtərəfli görüş keçirilir – VİDEO

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

Oxumağa davam et Rusiyada Dağlıq Qarabağla bağlı üçtərəfli görüş keçirilir – VİDEO

Azərbaycan-Rusiya sərhədi qışın sonuna kimi bağlı qalacaq

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

Oxumağa davam et Azərbaycan-Rusiya sərhədi qışın sonuna kimi bağlı qalacaq

Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Oxumağa davam et Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

President İlham Əliyev Rusiya telekanallarına müsahibəsi təqdim edilib – VİDEO

Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəklikləri” – Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.

Oxumağa davam et President İlham Əliyev Rusiya telekanallarına müsahibəsi təqdim edilib – VİDEO

Prezident İlham Əliyevin Rusiya telekanallarında müsahibəsi yayımlanıb – VİDEO

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə “Rossiya-24” və “Rossiya-1” telekanallarında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb.

Oxumağa davam et Prezident İlham Əliyevin Rusiya telekanallarında müsahibəsi yayımlanıb – VİDEO