Etiket arxivi: #VladimirPutin

Azərbaycan Prezidentinin Rusiya Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

– Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.

Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.

Çox sağ olun, təşəkkür edirəm.

İlham Əliyev: Biz uzunmüddətli sülhə hədəflənmişik

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar. Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.

X X X

Prezident İlham Əliyev dedi:

-Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.Prezident Vladimir Putin: Sağ olun.

Dağlıq Qarabağda iqtisadi və infrastruktur layihələr reallaşdıracaq işçi qrup yaradılır – VİDEO

Bu gün Moskvada keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü çərçivəsində növbəti üçtərəfli bəyanat imzalanıb.

Oxumağa davam et Dağlıq Qarabağda iqtisadi və infrastruktur layihələr reallaşdıracaq işçi qrup yaradılır – VİDEO

Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Oxumağa davam et Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

İlham Əliyev Vladimir Putinə Ermənistana Rusiyadan daşınan hərbi yükün sual doğurduğunu bildirib

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Oxumağa davam et İlham Əliyev Vladimir Putinə Ermənistana Rusiyadan daşınan hərbi yükün sual doğurduğunu bildirib