Etiket arxivi: #pensiya

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə
qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək
pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın
1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%,
həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların
pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan
pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə
pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat
pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək,
üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin
pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi
şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.
Beləliklə, layihə qəbul ediləndən sonra:

  • qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
  • pensiyaların məbləği hər il vahid qaydada – indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
  • dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə
  • pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
  • pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlıbməlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
  • bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.

“Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsi başlanılıb

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə start verilib.

Oxumağa davam et “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsi başlanılıb

Pensiya yaşına az qalmış işçilərin ixtisarının qadağan olunması təklif edilib

Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisarı yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qarşısının alınması ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanununverciliyə əlavə ve dəyişikliklərin edilməsini zəruri hesab edirəm”.

Oxumağa davam et Pensiya yaşına az qalmış işçilərin ixtisarının qadağan olunması təklif edilib

Prezident İlham Əliyevdən pensiyaçılara daha bir dəstək


Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək Prezident İlham Əliyevin təsdiq etdiyi Qanuna yeni dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir.

Oxumağa davam et Prezident İlham Əliyevdən pensiyaçılara daha bir dəstək

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyası artırılıb

36 il bundan əvvəl, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib.

Oxumağa davam et Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyası artırılıb

Pensiyalar 7-10 % artırıldı

Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısı olmaqla, COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir.

Oxumağa davam et Pensiyalar 7-10 % artırıldı

Əməkhaqqılar, pensiyalar və digər sosial ödənişlər gələn il artırılacaq

Azərbaycan Respublikası Prezidenti əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən əməkhaqların, əmək pensiyaların və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulur.

Oxumağa davam et Əməkhaqqılar, pensiyalar və digər sosial ödənişlər gələn il artırılacaq

Pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırıldı

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”  5 fevral 2021-ci il tarixli Sərəncamına əsasən 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4% artırılır.  

Oxumağa davam et Pensiyalar və fərdi hesablardakı pensiya kapitalları artırıldı

Bu il pensiya məbləği 13% artırılır

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əmək haqqının artım tempinə uyğun anoloji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar.

Oxumağa davam et Bu il pensiya məbləği 13% artırılır

Pensiya təminatı ilə bağlı DSMF strukturunda dəyişiklik edilib

Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Oxumağa davam et Pensiya təminatı ilə bağlı DSMF strukturunda dəyişiklik edilib