Dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2054 namizədlə 3746 müsahibənin keçirilməsi planlaşdırılır.

Oxumağa davam et Dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində noyabr ayında başlanacaq növbəti təqdimatda kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək.

Oxumağa davam et İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək

Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 1,2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Oxumağa davam et Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 1,2 milyon manat ayrılıb

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı MMC yaradılıb

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Oxumağa davam et Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı MMC yaradılıb

Pərakəndə ticarət dövriyyəsi 2,9 faiz artıb

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35553,1 milyon manatlıq, o cümlədən 20014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15539,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Oxumağa davam et Pərakəndə ticarət dövriyyəsi 2,9 faiz artıb

İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı 14,3 faiz artıb

2022-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 min nəfər və ya 1,8 faiz artaraq 1714,5 min nəfər olub, onlardan 894,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 820,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Oxumağa davam et İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı 14,3 faiz artıb

Турция выразила готовность к переговорам с Арменией на любых платформах

Глава МИД Турции Мевлют Чавушоглу также сказал, что готов к встрече со своим армянским коллегой, однако даты таких переговоров пока нет.

Oxumağa davam et Турция выразила готовность к переговорам с Арменией на любых платформах

В Windows нашли угрозу для миллионов компьютеров

Компьютеры под управлением Windows оказались подвергнуты риску взлома через драйверы.

Oxumağa davam et В Windows нашли угрозу для миллионов компьютеров

Anesteziyanın fəsadlarının qarşısını necə almaq olar?

Bəzən əməliyyatlar xəstənin vəziyyətinin agırlaşması və ya ölümü ilə nəticələnir və bu cür insidentlərin müəyyən hissəsi məhz anesteziya növünün düzgün seçilmədiyi, əməliyyatöncəsi xəstənin vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində baş verir. Belə ki, insan orqanizminin genetik və ya xəstəlik səbəbindən müəyyən xüsusiyyətləri anesteziologlar müəyyən preparatları ayrı-ayrı xəstələr əməliyyat olunduqda istifadə edə bilməz, çünki nəticədə alerqik və ya digər reaksiyalarla qarşılaşa bilərlər.

Oxumağa davam et Anesteziyanın fəsadlarının qarşısını necə almaq olar?

Epidemioloji nəzarət gücləndirilir

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.

Oxumağa davam et Epidemioloji nəzarət gücləndirilir

Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluğu bəyanat yayıb

Baş Prokurorluğun yaydığı bəyanatda qeyd edilib ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.

Oxumağa davam et Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluğu bəyanat yayıb

Bakı-Sumqayıt yolunda yeni geri dönmə hissə yaradılır

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

TIME Trend-ə istinadən bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yolun yeni geri dönmə hissəsi yaxın günlərdə istifadəyə veriləcək.

Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi sayda qüvvə cəlb olunub.

Azərbaycan şahmatçıları Qran-Pri turnirinə qələbə ilə başlayıblar

Rumıniyada şahmat üzrə Qran-Pri turnirinə Azərbaycan təmsilçiləri qələbə ilə başlayıblar.

TIME bildirir ki, turnirin birinci turunda şahmatçılarımız Misrətdin İsgəndərov almaniyalı İlya Gutkin, Ülvi Sadıqov isə ukraynalı Vladislav Fişçuku məğlub ediblər.

Doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.

Türkiyədə partlayış baş verdiyi mədəndə kömür istehsalı dayandırılıb

Türkiyənın Bartın vilayətinin Amasra rayonunda yerləşən mədəndə kömür istehsalı müvəqqəti dayandırılıb.

TIME Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, ölkənin texniki və təhlükəsizlik qrupları yanğınla mübarizəni davam etdirir.

F.Dönməz deyib ki, yanğının söndürülməsi istiqamətində işlər işlər bitənə qədər Amasra müəssisəmizdə də kömür hasilatı dayandırılıb. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparmaq üçün məhkəmə istintaqı başlayıb.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub