Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar – VİDEO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

TIME Trend-ə istinadən bildirir ki, etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika gətiriblər.

Məlumata görə gətirilən texnikalar modul tipli yataqxanalardır. Modul tipli yataqxanaların quraşdırlması üçün qaldırıcı kran da əraziyə gətirilib. Sülhməramlılar aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş rejimdə xidmət aparmağa başlayıblar.

Şuşada aksiya keçirən etirazçılar Laçın dəhlizi üzərində Azərbaycan bayrağını qaldırıblar.

“Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan bayrağı!”, – deyə etirazçılar şüar səsləndiriblər.

Aksiyanın gecə də davam edə biləcəyi ehtimalına görə sülhməramlıların bu addımı atdığı bildirilir.

Leave a ReplyCancel reply