Etiket arxivi: #Qarabağ

Qarabağda Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib

Bu gün işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib. Ümumi sahəsi 398,82 hektar olan və 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı bu ərazidə həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.

Oxumağa davam et Qarabağda Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib

Xankəndidə hərbi parad keçirilib

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

1 / 14

Qarabağa avtobus reyslərinin oktyabr və noyabr ayları üçün biletləri satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılıb.

Oxumağa davam et Qarabağa avtobus reyslərinin oktyabr və noyabr ayları üçün biletləri satışa çıxarılıb

Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxumağa davam et Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib

Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti antiterror tədbirləri çərçivəsində Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklarda olan bütün borcları silinməsi ilə bağlı qərar qəbul edib.

Oxumağa davam et Qarabağda şəhid olmuş və yaralanmış hərbiçilərimizin banklara olan bütün borcları silinir

DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Oxumağa davam et DSX Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçarkən sərhəddə saxlayıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumat yayıb.

Oxumağa davam et Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göndərilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Oxumağa davam et Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göndərilib

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.

Oxumağa davam et Azərbaycan Müdafiə Nazirliyi Qarabağda yerləşən Ermənistan silahlılarını təslim olmağa çağırıb

Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Oxumağa davam et Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb

Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinətlərin təyinatına başlanıb

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilki maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.

Oxumağa davam et Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinətlərin təyinatına başlanıb

Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq.

Oxumağa davam et Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq

XİN: Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.

Oxumağa davam et XİN: Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayına olan biletlər 26 yanvar 2023-cü il saat 15:00-da satışa çıxarılacaq.

Oxumağa davam et Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılacaq

İşğaldan azad edilmiş ərazilərdə əmək münasibətləri ilə bağlı stimullaşdırıcı tədbirlərə başlanır

İşğaldan azad edilmiş ərazilərimizdə işçi və işəgötürənlər üçün əmək münasibətləri ilə bağlı stimullaşdırıcı tədbirlərə başlanır.

Oxumağa davam et İşğaldan azad edilmiş ərazilərdə əmək münasibətləri ilə bağlı stimullaşdırıcı tədbirlərə başlanır

Qarabağa avtobus reyslərinin biletləri satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2023-cü ilin yanvar ayına olan biletlər 28 dekabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq.

Oxumağa davam et Qarabağa avtobus reyslərinin biletləri satışa çıxarılıb

I Qarabağ müharibəsinin 22 iştirakçısının əmlakını ələ keçirənlər barəsində məhkəmə başlayır

Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Oxumağa davam et I Qarabağ müharibəsinin 22 iştirakçısının əmlakını ələ keçirənlər barəsində məhkəmə başlayır

Qarabağda “ərzaq qıtlığı” yaşanır? – FOTO

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir. Sosial şəbəkələrin erməni seqmenti və erməni KİV-i Xankəndinin “blokadası” və “ərzaq qıtlığı” ilə bağlı yalan məlumatlar yayır.

Oxumağa davam et Qarabağda “ərzaq qıtlığı” yaşanır? – FOTO

İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinət veriləcək

İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinətin 5 il ərzində ildə bir dəfə verilməsi nəzərdə tutulur.

Oxumağa davam et İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinət veriləcək

Etiraz aksiyasının iştirakçıları bəyanat yayıb

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

Oxumağa davam et Etiraz aksiyasının iştirakçıları bəyanat yayıb

Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Qarabağın ekoloji vəziyyəti haqda məlumatlandırılıblar

13 dekabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib.

Oxumağa davam et Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Qarabağın ekoloji vəziyyəti haqda məlumatlandırılıblar

Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar – VİDEO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Oxumağa davam et Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar – VİDEO

Qarabağda Azərbaycanlılar sülhməramlılara qarşı aksiya keçirirlər, hadisə yerinə hərbi texnika gətirilib-VİDEO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Oxumağa davam et Qarabağda Azərbaycanlılar sülhməramlılara qarşı aksiya keçirirlər, hadisə yerinə hərbi texnika gətirilib-VİDEO

Prezidenti İlham Əliyev “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub

Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.

Oxumağa davam et Prezidenti İlham Əliyev “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir

Bu gün sentyabrın 27-də, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir. Bu gün minlərlə azərbaycanlı gəncin vaxtsız dünyasını dəyişdiyi, ailələrin başsız , uşaqların atasız qaldığı kədər dolu bir gündür. Minlərlə ananın arzuları ürəyində, qözü yaşlı qalıb. Onların övladları Vətən uğrunda canlarını verdilər ki, Azərbaycan 30 ildən sonra Zəfər gününü qeyd etsin, torpaqlarını işğaldan azad etsin və bu torpaqlarda daimi sülh bərqərar olsun, gələcək nəsillər əminamanlıq şəraitində yaşasınlar.

Oxumağa davam et Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım gününü qeyd edir

“Google” xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

Oxumağa davam et “Google” xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb

Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri
istifadəyə veriləcək.

Oxumağa davam et Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

Qarabağda yüksək texnoloji müəssisələr yaradılacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Oxumağa davam et “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradıldı

Qarabağda daha iki nəfər minaya düşüb- onlardan biri Türkiyə vətəndaşıdır

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın  minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl baş vermiş digər hadisədə xəsarət alan “Azərsun holdinq”in sürücüsü olub.

Oxumağa davam et Qarabağda daha iki nəfər minaya düşüb- onlardan biri Türkiyə vətəndaşıdır

Qarabağda damüstü günəş enerji sistemləri, elektrik doldurma məntəqələri tətbiq ediləcək

2022-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi: enerji dəhlizi, damüstü günəş enerjisistemləri, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri.

Oxumağa davam et Qarabağda damüstü günəş enerji sistemləri, elektrik doldurma məntəqələri tətbiq ediləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətini genişləndirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-də Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu istifadəyə verəcək.

Oxumağa davam et Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətini genişləndirir

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr proaktiv qaydada təyin olunaraq ödəniləcək

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.

Oxumağa davam et Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr proaktiv qaydada təyin olunaraq ödəniləcək

Qarabağda təhsil müəsissələrinin tikintisinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Peşə Liseyinin və Şuşa Real Məktəbinin binalarının layihələndirilməsi, bərpası və tikintisi ilə bağlı Sərəncamlar imzalayıb.

Oxumağa davam et Qarabağda təhsil müəsissələrinin tikintisinə 2 milyon manat ayrılıb

Qarabağda bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsi qoyulub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa və Füzuli şəhərlərinə səfərləri çərçivəsində bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsini qoyublar və tikinti işləri ilə tanış olublar.

Oxumağa davam et Qarabağda bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsi qoyulub – FOTO

Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək, həmçinin, bu həftənin sonuna kimi XİN xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır.

Oxumağa davam et Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Qarabağ cins atlarının ilk dəfə auksion vasitəsi ilə satışı təşkil ediləcək

Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək.

Oxumağa davam et Qarabağ cins atlarının ilk dəfə auksion vasitəsi ilə satışı təşkil ediləcək

XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edib.

Oxumağa davam et XİN Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın iftiralarını rədd edib

Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib

Martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.

Oxumağa davam et Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib

Qarabağda azərbaycanlılara qarşı törədilən işgəncələrin təşəbbüskarları beynəlxalq axtarışa veriliblər

Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan Qarabağda Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.

Oxumağa davam et Qarabağda azərbaycanlılara qarşı törədilən işgəncələrin təşəbbüskarları beynəlxalq axtarışa veriliblər

Prezident İlham Əliyev Qarabağın kimə aid olduğunu xatırlatdı – VİDEO

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.

Oxumağa davam et Prezident İlham Əliyev Qarabağın kimə aid olduğunu xatırlatdı – VİDEO

Prezident Qarabağ xanlarının vandalizmə məruz qalmış türbələri və yaşayış evində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Oxumağa davam et Prezident Qarabağ xanlarının vandalizmə məruz qalmış türbələri və yaşayış evində olub

İslam İnkişaf Bankı Qarabağda nəqliyyat və infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir

İslam İnkişaf Bankı (İİB) Qrupunun Ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Khanın Azərbaycana səfəri çərçivəsində bankın nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar.

Oxumağa davam et İslam İnkişaf Bankı Qarabağda nəqliyyat və infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir

Prezident İlham Əliyev: “Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur?”

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

Oxumağa davam et Prezident İlham Əliyev: “Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur?”

Qarabağda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yeni imkanlar yaradacaq

Dekabrın 6-da Şamaxıda İqtisadiyyat Nazirliyinin, ADA Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib.

Oxumağa davam et Qarabağda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yeni imkanlar yaradacaq

Seulda Qarabağın investisiya potensialının təqdimatı keçirilib

Koreya Respublikasının paytaxtı Seul şəhərində “Azərbaycan – Cənubi Koreya Ticarət Forumu” keçirilib. Tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.

Oxumağa davam et Seulda Qarabağın investisiya potensialının təqdimatı keçirilib

Qarabağ müharibəsi haqda çəkilən “Fulya” filminin təqdimatı keçirilib

Oktyabrın 31-də pandemiya səbəbindən bir ildən artıqdır qapıları bağlı qalan  Nizami Kino Mərkəzində nəhayət ilk təqdimat – Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı baş tutub.

Oxumağa davam et Qarabağ müharibəsi haqda çəkilən “Fulya” filminin təqdimatı keçirilib

Bu gün energetiklər günüdür: Qarabağ və Şərqi Zəngəzur necə transformasiya ediləcək?

Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur.

Oxumağa davam et Bu gün energetiklər günüdür: Qarabağ və Şərqi Zəngəzur necə transformasiya ediləcək?