Etiket arxivi: #Şuşa

“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

Şuşa, Ağdam və Füzuliyə avtobus biletləri satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər 25 oktyabr 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.

Oxumağa davam et Şuşa, Ağdam və Füzuliyə avtobus biletləri satışa çıxarılır

“Şuşa mədəniyyətinin inciləri”: “Bağçada güllər” xalçası

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bağçada güllər” xalçasına həsr olunub. 

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: “Bağçada güllər” xalçası

İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olublar.

Oxumağa davam et İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Oxumağa davam et İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib

“Şuşa mədəniyyətinin inciləri”: Süleyman Ələsgərov

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Ələsgərova həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Süleyman Ələsgərov

Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi

Azərbaycan Nazirlər Kabinetinin Qərarına əsasən Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi.

Oxumağa davam et Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi

Şuşa Türk Biznes Forumu keçirilib 

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Oxumağa davam et Şuşa Türk Biznes Forumu keçirilib 

Şuşadan mədəniyyət iqtisadiyyatı ilə bağlı mesajlar səslənəcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Oxumağa davam et Şuşadan mədəniyyət iqtisadiyyatı ilə bağlı mesajlar səslənəcək

“Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib

Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

Oxumağa davam et “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib

Şuşa, Ağdam və Füzuliyə avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır

Bu gün, 29 avqust 2022-ci il saat 15:00-da, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər satışa çıxarılacaq.

Oxumağa davam et Şuşa, Ağdam və Füzuliyə avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır

Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.

Oxumağa davam et Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək

“Şuşa mədəniyyətinin inciləri”: Xan Şuşinski

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Xan Şuşinski həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Xan Şuşinski

Şuşada ilk dəfə Qısa Dalğalı tezlikdə həvəskar radiostansiya efirə çıxıb

Gənclər və İdman Nazirliyinin və Aselsan-Bakü şirkətinin birgə əməkdaşlığı ilə “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi çərçivəsində, Şuşa şəhərində ilk dəfə olaraq Qısa Dalğalı tezlik diapazonlarında həvəskar radiostansiyası efirdə aktiv fəaliyyət göstərib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Şuşada, səhra şəraitində, 10 metrəlik teleskopik radioötürücü (çıxış gücü 100 vatt) qurularaq, Azərbaycanın həvəskar radiosansiyanın “4K6AG/P” və “4K6AZİ/P” çağırış siqnalı altında, ölkəmizin Gəncə, Kürdəmir, Bakı şəhərləri ilə, həmçinin #Rusiya, #Xorvatiya, #Almaniya, #Macarıstan, #Polşa, #Özbəkistan, #Ukrayna, #Serbiya, #İtaliya, #Bolqarıstan, #Estoniya, #Danimarka, #Gürcüstan, #Belarusiya, #İngiltərə, #Finlandiya olmaqla, ümumilikdə 16 xarici ölkə ilə həvəskar rabitə qurulub. 

Radiorabitələr, səs vasitəsi ilə (SSB rejimi) və Morze əlifbası ilə (CW rejimi) həyata keçirilib. Peşəkar rabitəçi Ruslan Muradov tərəfindən 140 skauta “Radiodalğaların yayılması prinsipi”, “QD və UQD tezlik diapazonları haqqında ilkin məlumat”, “Radio efirdə işləmə qaydaları”, “Morze əlifbası” dərsləri verilib, prakitiki təlimlər aparılıb.

“Şuşa mədəniyyətinin inciləri”: “Atlı-itli” xalçası

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “ Atlı-itli” xalçasına həsr olunub. 

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: “Atlı-itli” xalçası

“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Şəmsi Bədəlbəyliyə həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə rejimi təsdiq edilib

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Oxumağa davam et Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə rejimi təsdiq edilib

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayına olan biletlər 26 iyul 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.

Oxumağa davam et Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

“Şuşanın simaları”: Vasif Adıgözəlov

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Vasif Adıgözəlova həsr olunub.

Oxumağa davam et “Şuşanın simaları”: Vasif Adıgözəlov

“Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi

“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası

“Şuşa mədəniyyətinin inciləri”: Bülbül

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkar Murtuza Məşədi Rza oğlu Məmmədova həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Bülbül

Şuşada Türk Dünyası Muzeylər Birliyinin toplantısı keçiriləcək

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), UNESCO Türkiyə Milli Komitəsi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 26-28 may 2022-ci il tarixlərində türk dünyasının cari il üçün mədəniyyət paytaxtı elan edilən Bursa şəhərində Türk dünyasının muzey rəhbərlərinin və xadimlərinin iştirak etdiyi “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda növbəti görüşü baş tutub.

Oxumağa davam et Şuşada Türk Dünyası Muzeylər Birliyinin toplantısı keçiriləcək

Şuşa və Ağdam istiqamətində iyun ayına olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 25 may 2022-ci il saat 11:00-da satışa çıxarılacaq.

Oxumağa davam et Şuşa və Ağdam istiqamətində iyun ayına olan biletlər satışa çıxarılacaq

“Şuşa mədəniyyətinin inciləri”: Əbdürrəhim bəy Haqverdiyev

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi çərçivəsində növbəti təqdimatı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevə həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: Əbdürrəhim bəy Haqverdiyev

Qarabağda bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsi qoyulub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa və Füzuli şəhərlərinə səfərləri çərçivəsində bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsini qoyublar və tikinti işləri ilə tanış olublar.

Oxumağa davam et Qarabağda bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsi qoyulub – FOTO

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər. Ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.    

Oxumağa davam et Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşaya saxtakarlıq yolu ilə topdan biletlərin alınması halı aşkar edilib

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb.

Oxumağa davam et Şuşaya saxtakarlıq yolu ilə topdan biletlərin alınması halı aşkar edilib

Bakı-Şuşa -Bakı avtobus marşrutu üzrə biletlər niyə satışda yoxdur?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da satışa çıxarılıb. Biletlərin satışa çıxarılması barədə qurumun internet saytı, sosial media hesabları və mətbuatda məlumat verilib.

Oxumağa davam et Bakı-Şuşa -Bakı avtobus marşrutu üzrə biletlər niyə satışda yoxdur?

Şuşa və Ağdam istiqamətində biletlərin online satışı təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb.

Oxumağa davam et Şuşa və Ağdam istiqamətində biletlərin online satışı təşkil edilib

Prezidenti İlham Əliyev Füzuli və Şuşa rayonlarında aparılan işlərlər ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.

Oxumağa davam et Prezidenti İlham Əliyev Füzuli və Şuşa rayonlarında aparılan işlərlər ilə tanış olub

Şuşada “Məclisi-fəramuşan” poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” şairlər məclisinin rəsmi açılışı olub.

Oxumağa davam et Şuşada “Məclisi-fəramuşan” poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Oxumağa davam et Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

“Şuşa mədəniyyətinin inciləri”: arxalıq qadın geyimi

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan arxalığa həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri”: arxalıq qadın geyimi

Şuşa və Ağdam avtobus reyslərinə biletlər satışa çıxarılır

Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.

Oxumağa davam et Şuşa və Ağdam avtobus reyslərinə biletlər satışa çıxarılır

“Şuşa mədəniyyətinin inciləri” – Vaqifin məqbərəsi

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə ilk təqdimat Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri” – Vaqifin məqbərəsi

“Şuşa mədəniyyətinin inciləri” – Şuşa xalçalarına həsr olunub

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri” – Şuşa xalçalarına həsr olunub

“Şuşa mədəniyyətinin inciləri” layihəsi “Şuşanın dağları” mahnısına həsr olunub

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə “Şuşanın dağları” mahnısına həsr olunub.

Oxumağa davam et “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Şuşanın dağları” mahnısına həsr olunub

İlham Əliyev: Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər.

Oxumağa davam et İlham Əliyev: Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik -YENİLƏNİB

Şuşada reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı təsdiq edilib

Baş Nazir Əli Əsədov Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı təsdiq edilməsi haqda sənəd imzalayıb.

Oxumağa davam et Şuşada reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı təsdiq edilib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra təməl qoyma mərasimində iştirak ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər çərçivəsində Zəfər Yolunun açılışında, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, şəhər xəstəxanasının təməlini qoyublar və şəhərdə aparılan digər tikinti işlərinin gedişatı ilə tanış olublar.

Oxumağa davam et İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra təməl qoyma mərasimində iştirak ediblər – FOTO

Azərbaycan Prezidenti: Ermənistan tolerantlıq nümayişi üçün Şuşada 17 məsciddən birini dağıtmayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

Oxumağa davam et Azərbaycan Prezidenti: Ermənistan tolerantlıq nümayişi üçün Şuşada 17 məsciddən birini dağıtmayıblar

“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Sentyabrın 26-da Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər.

Oxumağa davam et “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

Şuşada ilk Milli Musiqi Günü necə keçirilib? – VİDEO/FOTO

Şuşada, 18 sentyabr, 2021-ci il tarixində ilk dəfə Milli Musiqi günü keçirilib. Tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Oxumağa davam et Şuşada ilk Milli Musiqi Günü necə keçirilib? – VİDEO/FOTO

Şuşa şəhəri 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan ediləcək

Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib.

Oxumağa davam et Şuşa şəhəri 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan ediləcək

Azərbaycan və Türkiyə Prezidentləri Qarabağda görüşüblər – FOTO

Türkiyye Cumhurbaşkanı Recep Tayyip Erdoğan, 28 yıl sonra Azerbaycan ordusu tarafından Ermenistan işgalinden kurtarılan Dağlık Karabağ’ın Şuşa şehrine geldi. Erdoğan, burada Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile selamlaştı.

Oxumağa davam et Azərbaycan və Türkiyə Prezidentləri Qarabağda görüşüblər – FOTO

Şuşa şəhərində mədəni irsimizin bərpası istiqamətində yeni layihə həyata keçirilir – VİDEO/FOTO

Heydər Əliyev Fondunun Şuşa şəhərində bərpa işləri çərçivəsində yeni layihə həyata keçirir.

Oxumağa davam et Şuşa şəhərində mədəni irsimizin bərpası istiqamətində yeni layihə həyata keçirilir – VİDEO/FOTO

Şuşanın turizm potensialı xarici sərgidə təbliğ olunub

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

Oxumağa davam et Şuşanın turizm potensialı xarici sərgidə təbliğ olunub

Prezident İlham Əliyev ailəsi ilə birgə “Xarıbülbül” festivalının açılışında iştirak ediblər-FOTO/VİDEO

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

Oxumağa davam et Prezident İlham Əliyev ailəsi ilə birgə “Xarıbülbül” festivalının açılışında iştirak ediblər-FOTO/VİDEO

Şuşaya magistral su kəməri çəkilir – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması  məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.

Oxumağa davam et Şuşaya magistral su kəməri çəkilir – FOTO

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir-FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Oxumağa davam et Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir-FOTO/VİDEO

Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin edildi – VİDEO


“Azərişıq” ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması istiqamətində işlər aparır.

Oxumağa davam et Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin edildi – VİDEO

Mehriban Əliyeva: Doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib.

Oxumağa davam et Mehriban Əliyeva: Doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!

Azərbaycan Prezidenti Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Oxumağa davam et Azərbaycan Prezidenti Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub

Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu: Xarı Bülbül festivalı bərpa olunacaq-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Oxumağa davam et Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu: Xarı Bülbül festivalı bərpa olunacaq-VİDEO

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

Dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su  təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir.

Oxumağa davam et Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

Şuşanın ilk məscidi – TARİXƏ SƏYAHƏT

Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Oxumağa davam et Şuşanın ilk məscidi – TARİXƏ SƏYAHƏT

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr – 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.

Oxumağa davam et “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Şuşanın Tarixi Mərkəzi Dünya irsi elan edilməsi işlərinə başlanılıb

Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanılıb.

Oxumağa davam et Şuşanın Tarixi Mərkəzi Dünya irsi elan edilməsi işlərinə başlanılıb

Şuşa işğaldan azad edildi!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham İliyev bu gün xalqa etdiyi müraciətində Şuşa şəhərinin işğaldan azad olunmasını bəyan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan xalqının uxun illər həsrətində olduğu doğma diyarı olan Şuşanın işğaldan azad edilməsi haqda şad xəbəri dövlətimizin başçısı bu gün xalqımıza etdiyi müraciətdə elan edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti:

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq – mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Milli Xalça Muzeyi Qarabağa aid xalça xəritəsi və zinət əşyalarının fotoları ilə paylaşıb

Azərbaycan Milli Xalça Muzeyi Facebook səhifəsində Qarabağın xalça xəritəsini və zinət əşyalarını nümayiş edib.

Oxumağa davam et Milli Xalça Muzeyi Qarabağa aid xalça xəritəsi və zinət əşyalarının fotoları ilə paylaşıb

Şairə Xurşudbanu Natəvanın xatirəsinə “Şuşa” adlanan musiqi layihəsi reallaşdırılıb – VİDEO

Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın xatirəsinə həsr edilmiş “Şuşa” adlanan musiqi layihəsi reallaşdırılıb.

Oxumağa davam et Şairə Xurşudbanu Natəvanın xatirəsinə “Şuşa” adlanan musiqi layihəsi reallaşdırılıb – VİDEO