Yeni sosial dəstək layihələrinə başlanacaq

Əmək, məşğulluq, sosial müdafiə sahələrində bir sıra yeni əməkdaşlıq sənədlərinin layihələri hazırlanır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan 119 min insanı əhatə edən sosial dəstək proqramı daha da genişlənəcək, həmçinin şəhid ailələri və digər həssas qruplara sosial dəstək yönümlü yeni layihələrə başlanacaq.

Bundan başqa, bəzi sahələrə aid peşələr üzrə Vahid Tarif – İxtisas Sorğu Kitabçalarında dəyişikliklərin təsdiq edilməsi gözlənilir.

Leave a ReplyCancel reply