Taekvondoçumuz mübarizəyə qələbə ilə başlayıb

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yarışın ilk günündə dörd idmançımız mübarizəyə qoşulub. Taekvondocularımızdan Səyyad Dadaşov mübarizəyə uğurla başlayaraq ilk döyüşündə qələbə qazanıb.

Taekvondo üzrə millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançı ilə təmsil olunur. Konyada dayanq ustaları dörd gün ərzində güclərini yoxlayacaqlar.

Leave a Reply Cancel reply