DİM tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlər ediləcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər ediləcək:

1.1. ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə
10 manat;

1.2. orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;

1.3. Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;

1.4. orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;

1.5. orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;

1.6. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;

1.7. orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.

Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə kompensasiya ediləcək.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş kompensasiyanın alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada və müddətdə güzəştlərin tətbiqinə dair hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi
üçün tələb olunan vəsaitin 2023-2024-cü illərin dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xəsarəti ilə bağlı e-sistemlər və arxivlərdə məlumat olmayanlara, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

Dövlət başçısının Fərmanının icrası olaraq və Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun şəkildə bu gündən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr təyin olunur.

Oxumağa davam et Xəsarəti ilə bağlı e-sistemlər və arxivlərdə məlumat olmayanlara, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

Путин и Пашиньян обсудили реализацию трехсторонних договоренностей

Президент России Путин обсудил договоренности по Карабаху с премьером Армении Пашиняном.

Oxumağa davam et Путин и Пашиньян обсудили реализацию трехсторонних договоренностей

Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü olub

2 avqust 2022-ci il tarixində Daşkənd şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub.

Oxumağa davam et Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü olub

Özünüməşğulluğunun təşkili sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Oxumağa davam et Özünüməşğulluğunun təşkili sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Чем опасны сети 5G?

В последние годы в социальных сетях и средствах массовой информации муссируется вопрос вреда технологии 5G человеческому организму и угрозе сетей пятого поколения в будущем процессу обеспечения занятости населения в результате повсеместной роботизации рабочих мест, которая повлечет за собой сокращения рабочих мест в ряде секторов. Хотя данные страхи и кажутся многим надуманными и долгосрочными, эксперты все же подтверждают наличие рисков, которые вовсе не так далеки от нашей сегодняшней реальности.

Oxumağa davam et Чем опасны сети 5G?

Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Oxumağa davam et Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.

Oxumağa davam et Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

Özbəkistanla yeni birgə layihələr tərəfdaşlığımızı gücləndirəcək

Özbəkistanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzini və Heydər Əliyev meydanını ziyarət edib, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Oxumağa davam et Özbəkistanla yeni birgə layihələr tərəfdaşlığımızı gücləndirəcək

Üç şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxumağa davam et Üç şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı layihəyə start verdi


Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və
keyfiyyətli mobil internet xidmətlərindən yararlanmaq üçün daha geniş imkanlar
əldə edəcəklər.

Oxumağa davam et Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı layihəyə start verdi