Xalq rəssamı Rafiq Nəsirova Milli Kino Mükafatı verilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş tərkibli iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki,  İttifaqın İdarə heyətinin yekdil qərarına görə, Milli kinomuza verdiyi tövhələrə və 75 illik yubileyi münasibəti ilə Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü Rafiq Əliş oğlu Nəsirov Milli Kino Mükafatına layiq görülüb.

Xalq rəssamı Azərbaycanda bir çox filmlərin “Bəyin oğurlanmsı”, “ Yaramaz”,” Bəxt üzüyü”,” Həm Ziyarət Həm Ticarət”,” Otel Otağı”,” Cavad xan” və.s filmlərin rəssamı olub.

Mükafat 2 avqust Milli Kino Günündə təntənəli formada təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək pullu kino mükafatıdır.

Leave a ReplyCancel reply