Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır 

Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş bu gün Vyanada keçirilib.

Oxumağa davam et Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır 

Əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Oxumağa davam et Əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib

Səhiyyə Nazirliyi tibb biznesi sahəsində memorandum imzalayıb

İyulun 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. 

Oxumağa davam et Səhiyyə Nazirliyi tibb biznesi sahəsində memorandum imzalayıb

Azərbaycanın ixracı 15,4 milyard dollar təşkil edib

“İxrac İcmalı”nın iyun sayına əsasən, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard dollar, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.

Oxumağa davam et Azərbaycanın ixracı 15,4 milyard dollar təşkil edib

Yoluxucu heyvan xəstəlikləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Oxumağa davam et Yoluxucu heyvan xəstəlikləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanla İsrail arasında hava əlaqələri haqqında vacib saziş imzalanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.

Oxumağa davam et Azərbaycanla İsrail arasında hava əlaqələri haqqında vacib saziş imzalanıb

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Oxumağa davam et Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək