“Məşğulluq marafonu”na 3144 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 563 işəgötürən qoşulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlardan 293-ü dövlət, 270-i özəl müəssisələrdir.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyan marafona təqdim edilən vakansiya sayı 3144-ə çatıb.

Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 965 nəfər (155 şəhid ailəsi üzvü və 810 qazi) işlə təmin olunub.

Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları

https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Leave a ReplyCancel reply