Yeni 10 nömrəli marşrut xəttə buraxılıb

Bu gündən etibarən yeni 10 nömrəli marşrut xətti MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsi arasında hərəkət edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xətt üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Gediş haqqı 30 qəpik müəyyən edilib və nağdsız formada “BakıKart”-la ödənilir.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Əsas üstünlüklərdən biri bu xətt üzrə avtobuslar metronun “Xətai”, Səməd Vurğun bağı (“28 May” m\s),  “Sahil”, “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarından da keçməklə hərəkət etməsidir.

Leave a ReplyCancel reply