Mastercard yenilikləri ilə paylaşdı

Bu gün Bakıda MasterCard şirkətinin Tırkiyə və Azərbaycan üzrə rəhbəri Əvşər Gürdəl, Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov və Mastercardın məsləhətçi biznesinin inkişafı üzrə direktoru Mehmet Gülez əldə olunmuş nailiyyətlər haqda məlumat verib.

Emil Zeynalov çıxışinda qeyd edib ki, Azericard ilə strateji tərəfdaşlıq ödəniş biznesinin inkişafına töhfə verəcək və yeni innovativ həllərə yol açacaq.

Tərəfdaşlığımız çərçivəsində daha inklüziv maliyyə məhsulları və xidmətləri, eləcə də daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün Mastercard-ın qlobal bilik və bacarıqlarını Azericard ilə bölüşməkdən məmnunuq.

Ən böyük kinoteatrlar şəbəkəsi ilə tərəfdaşlıq – Bu əməkdaşlıq, CinemaPlus-un “CineMastercard” olaraq rebrendinq ediləcəyi və bənzərsiz ödəniş innovasiyaları ilə bir araya gələn kino təcrübələrinin yeni dövrünü simvolizə edən, həyatı daha rahat, zövqlü və əlverişli etmək üçün texnologiyadan maksimum istifadə etmək üzrə birgə öhdəliyimizi əks etdirən mühüm bir hadisədir.

Şirkətin əsas hədəfləri banklarla əməkdaşlıq edərək və onların mobil proqramları ilə inteqrasiya başladaraq “Masterpass” texnologiyasının əhatəsini daha da genişləndirətək daha iki bankda onun tətbiqini təklif n etməkdir. MasterCard 2023-cü ildə l “Masterpass”ı Azərbaycanın ən böyük banklarından birinin mobil proqramının tərkibində təqdim edib.

NFC ödənişlərini stimullaşdıran daha çox kampaniya keçirməklə, həmçinin “Applepay” və “Googlepay” xidmətlərinə daha çox bank əlavə etməklə tokenizasiyaya sərmayə qoymağa davam etdiriləcək.

Premium xidmətlər də daxil olmaqla səyahətçi seqmenti üçün yeni təkliflər təqdim ediləcək.

Şirkət dayanıqlılıq və maliyyə inteqrasiyası üzrə layihələri tərəfdaşlarının portfelinə daxil etmək və sürətləndirmək üçün bilik və bacarıqlarından, imkanlarından və aktivlərindən maksimum istifadə etməyi planlasdırır.

Mehmet Gülez öz növbəsində qeyd edib ki, şirkət məhsullarını Türkiyə, Ukrayna və Qazaxıstanda yerləşməklə bölgədə 200-dən çox, dünyanın 20-yə yaxın nöqtəsində ümumilikdə 5 000 mütəxəssis məsləhətçi ilə Mastercard Konsultasiya xidmətləri göstərir.
MasterCard bankların böyüməsi və rəqəmsal transformasiyasına, bank olmayan təşkilatların maliyyə sənayelərinə keçidinə və fintexlərin məhsul və xidmətlərinin inkişafına önəm verir.

Şirkətin məlumatları və texnologiyaları ilə müştərilərinə istehlakçılarını daha yaxşı başa düşməyə daha effektiv marketinq və sadiqlik proqramları ilə onlara xidmət etməyə imkan verir.

Azərbaycanda məsləhət xidmətləri sahəsində əldə etdiyi uğurlar nəticəsində Mastercard Konsultasiya xidməti olaraq, 2024-cü ildə Azərbaycanda yerləşən bir məsləhətći qrupu yaratmaq və investisiyalarını gücləndirməyə qərar verib.

Yaradılacaq məsləhət xidmətləri ilkin olaraq Azərbaycandakı müştərilərə xidmət göstərsə də, növbəti illərdə Bakıdan bütün ətraf ölkələrə xidmət göstərəcək.

Mastercard məsləhətçi xidməti istiqamətində diqqətini Azərbaycanın maliyyə sənayesinin rəqəmsallaşmasına, innovasiyaların sürətləndirilməsinə və marketinq sahəsində qlobal yanaşma ilə Azərbaycanın ən yaxşı şəkildə təbliğinə və regional məsləhət mərkəzinə çevirməyə yönəldib.

  • Ötən il Azəricard şirkəti ilə bağlanılan saziş çərćivəsinds Mastercard 2024-cü ildə qlobal miqyasda əldə etdiyi yəcrübəsini ölkəmizdə tətbiq edəcək dəcək.

Leave a ReplyCancel reply