Etiket arxivi: #Bakı

Qızılca – profilaktika, əlamətlər və müalicə

Son zamanlar qızılca xəstəliyinə yoluxmaların sayının artması müşahidə olunur. Yoluxmalar əsasən uşaqlar arasında müşahidə olsa da, bu xəstəliyi keçirtməyəm böyüklərdə yoluxurlar. Vaxtında tələb olunan tibbi yardım göstərilmədiyi halda xəstəlik hətta ölümlə nəticələnə bilər.

Oxumağa davam et Qızılca – profilaktika, əlamətlər və müalicə

Çoxmənzilli binalarda elektrik, su və qaz sayğacları və onların quraşdırılması ödənişlidirmi

Azərbaycan Respublikası Baş Prokurorluğunun #heçbilirdinizmi heştəqi altında hazırladığı maarifləndirici material “Mənzil-tikinti kooperativi (MTK) mənzil mülkiyyətçilərindən çoxmənzilli binalarda elektrik, su və qaz sayğaclarına və onların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?” sualını cavablandırıb.

Oxumağa davam et Çoxmənzilli binalarda elektrik, su və qaz sayğacları və onların quraşdırılması ödənişlidirmi

Siz və ya ailəniz bayram üçün xüsusi yeməklər hazırlayırsınızmı?

Yeni il yaxınlaşır… Azərbaycanda Yeni il ikiqat sevinclə qeyd edilir, çünki eyni tarixdə Dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilir. Sizi bilmirəm, amma mən Yeni il bayramını çox sevirəm, daxilimdəki uşaq hələ də bu bayramın ertəsi günü hansısa bir sehrin baş verəcəyinə və yeni bir dovrün başlanacağına ümid ilə yaşayır.

Oxumağa davam et Siz və ya ailəniz bayram üçün xüsusi yeməklər hazırlayırsınızmı?

Mənzil alarkən ödəniş hansı qaydada edilməlidir?

Ev alqı-satqısı zamanı dələduzluq hallarına tez-tez rast gəlinir. Bəzən bir ev bir neçə insana satılır və ev sahibləri əllərində ödədikləri vəsait haqda çek və ya digər sənəd olmadığı üçün son dərəcə çətin vəziyyətə düşürlər. Belə halların yaşanmaması üçün qanunvericiliklə müəyyən edilmiş qayda mövcuddur.

Oxumağa davam et Mənzil alarkən ödəniş hansı qaydada edilməlidir?

Valideynlər dispanzerizasıyaya əngəl olduqları halda cərimələnə bilərlər

Bəzi valideynlər uşaqlarının yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması və ümumi dispanzerizasiya tədbirlərində istirakına laqeyd yanaşirlar. Nəticədə uşaqlar icbari dispanser xidmətlərindən kənarda qalır və bəzən həkimə müraciət etdikdə artıq gec olur. Buna görə valideynlər məsuliyyətə cəlb oluna bilərlər.

Oxumağa davam et Valideynlər dispanzerizasıyaya əngəl olduqları halda cərimələnə bilərlər

Ən pis Yeni il hədiyyələrinin antireytinqinə nələr daxildir?

Bir çoxları geyim əşyalarını ən pis Yeni il hədiyyəsi hesab edir: corablar, xalatlar, sviterlər, köynəklər, papaqlar və şərflər (xüsusilə də Yeni il naxışları ilə bəzədilmiş) ən bezdirici hədiyyələr sayılır.

Oxumağa davam et Ən pis Yeni il hədiyyələrinin antireytinqinə nələr daxildir?

Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib.

30 noyabr – 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə
ilk günü geridə qoyub.

İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan
Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur.

Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı
direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.

“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına
verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq.

Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” – deyə Klaus Müller bildirib.

Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Göbələk zəhərlənməsinin səbəbləri və əlamətləri

Bir çoxlarınız göbələkdən hazırlanan krem-şorbanın dadına bir dəfədə olsun baxmısınız. Baxmamısınızsa mütləq baxın, çünki qaydası ilə hazırladıqda, inanılmaz dadlıdır. Lakin elə insanlar var ki, göbələkdən hazırlanan istənilən xörəyi yeməkdən çəkinirlər, zəhərlənməkdən qorxurlar, halbuki müasir zəmanədə bu nadir halda baş verə bilər. Aşağıda göbələkdən zəhərlənmənin səbəblərini sadalayacağıq.

Oxumağa davam et Göbələk zəhərlənməsinin səbəbləri və əlamətləri

Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək

18-20 dekabr 2023-cü il tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.

Oxumağa davam et Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək

Азербайджан вошёл в антирейтинг по здоровому питанию

“World of Statistics” представил рейтинг стран население, которых не может позволить себе здоровое питание.

Oxumağa davam et Азербайджан вошёл в антирейтинг по здоровому питанию

Bakıda dönərxanalarda “S.Aureus”, “E.Coli”, “Salmonella” kimi bakteriyalar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakının Nərimanov, Xəzər, Sabunçu, Binəqədi, Suraxanı, Nizami, Qaradağ rayonlarında dönər satışı həyata keçirilən qida obyektlərində personaldan başlayaraq doğrama lövhələrinədək götürülən nümunələrin analizinin nəticələrini açıqlayıb.

Oxumağa davam et Bakıda dönərxanalarda “S.Aureus”, “E.Coli”, “Salmonella” kimi bakteriyalar aşkarlanıb

İstehlak bazarında hansı məhsulların qiyməti bahalaşıb?

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

Oxumağa davam et İstehlak bazarında hansı məhsulların qiyməti bahalaşıb?

Miqren ağrıları zamanı hansı növ fiziki məşqlər effektivdir?

Miqreni ilkin mərhələdə adi baş ağrısından seçmək olmur, lakin zaman keçdikcə miqrenin adi baş ağrısı olmadığı qənaətinə hər kəs gəlir. Adi baş ağrısı zamanı ağrı hər tərəfdən halqa şəklində hiss olunur, lakin çırpınmır. Migren ağrıları zamanı isə adətən baş bir tərəfdən ağrıyır, ağrı döyüntülü olur, ürəkbulanma və ya qusma ilə müşaiyyət olunur, insan işıq və səs-küyü götürməz bir hala gəlir, sakit, qaranlıq otaqda olmaq istəyir.

Oxumağa davam et Miqren ağrıları zamanı hansı növ fiziki məşqlər effektivdir?

Xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Oxumağa davam et Xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Azərbaycan zəfərinin üçüncü ilini qeyd edir!

“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”, – bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr 2020-ci ildə xalqa müraciətində deyib.

Oxumağa davam et Azərbaycan zəfərinin üçüncü ilini qeyd edir!

Xurma insan organizminə zərərli ola bilər?

Xurmanın əsas üstünlüyü onun tərkibində çoxlu miqdarda antioksidantların olmasıdır. Onlardan biri A vitamininin əsasını təşkil edən beta-karotindir. O, yerkökü, bibər və ya balqabaqdan daha çox xurmada olur. Təxminən 150 q ağırlığında bir meyvə yeyirsinizsə, bu maddənin gündəlik tələbatının 20% -ni ala bilərsiniz. A vitamini ilk növbədə bədənimizdəki hüceyrələrin yenilənməsi üçün vacibdir. Beta-karoten həmçinin sərbəst radikallarla mübarizə aparır, hüceyrələri məhv olmaqdan qoruyur və qocalma prosesini ləngidir. Lakin xurma bəzi hallarda zərəli ola bilər.

Oxumağa davam et Xurma insan organizminə zərərli ola bilər?

Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.

Oxumağa davam et Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri təyin edilib

Mobil cihazların qeydiyyatı üzrə rüsumlar 33 faizədək azaldılır 

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri 25-33 faiz arasında azaldılır.

Oxumağa davam et Mobil cihazların qeydiyyatı üzrə rüsumlar 33 faizədək azaldılır 

Ürəyimiz sağlam olsun deyə nə etməliyik?

Payız fəsli xroniki xəstəlikərin ağırlaşdığı dönəmdi. Bu fəsildə xüsusilə ürək xəstəliklərindən əziyyət çəkən insanlar səhhətlərinə diqqətli olmalıdırlar. Ürək xəstəlikləri anadanqəlmə olmaqla yanaşı, sonradanda əmələ gəlir. Bəs nə edək ki, ürəyimiz sağlam olsun?

Oxumağa davam et Ürəyimiz sağlam olsun deyə nə etməliyik?

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Oxumağa davam et Sabah yağış yağacaq

Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə niyə təsir etmir?

Rusiyada rublun məzənnəsinin dollara nisbətən dəyərdən düşməsi ilə əlaqədar olaraq ölkəmizdə tikinti materiallarının da qiyməti ucuzlaşıb. Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə necə təsir göstərir?

Oxumağa davam et Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə niyə təsir etmir?

Qarabağa avtobus reyslərinin oktyabr və noyabr ayları üçün biletləri satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılıb.

Oxumağa davam et Qarabağa avtobus reyslərinin oktyabr və noyabr ayları üçün biletləri satışa çıxarılıb

Azərbaycanda mediaya, səhiyəyə və məktəbəqədə təhsilə ayrılan xərclər artırılı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

Oxumağa davam et Azərbaycanda mediaya, səhiyəyə və məktəbəqədə təhsilə ayrılan xərclər artırılı

Sabah hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Oxumağa davam et Sabah hava küləkli olacaq

Regionlara 5 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 197 nömrəli şəhərətrafı, Bakı-Ağcabədi, Bakı-Siyəzən, Sumqayıt-Qusar, Sumqayıt-Xaçmaz və Xudat-Sumqayıt şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Oxumağa davam et Regionlara 5 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xarici elektron pul təşkilatının pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar cərimələnəcək

Milli M’clisin bu günki iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib.

Oxumağa davam et Xarici elektron pul təşkilatının pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar cərimələnəcək

Azərbaycan Prezidentinin adından “deepfake” ilə hazırlanmış xalqa müraciət yayılıb

Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış video müraciət yayılıb.

Oxumağa davam et Azərbaycan Prezidentinin adından “deepfake” ilə hazırlanmış xalqa müraciət yayılıb

Mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığı sadələşdirilir

Kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması məqsədlə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq.

Oxumağa davam et Mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığı sadələşdirilir

Nərə balığını naqqadan necə ayırmaq olar?

Naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.

Oxumağa davam et Nərə balığını naqqadan necə ayırmaq olar?