Azərbaycanla Pakistan arasında nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

İki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımaların artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Leave a ReplyCancel reply