Etiket arxivi: #texnologiya

Resurslara qənaət edən əkinçilik texnologiyalarının nümayişi olub

Oktyabrın 25-də Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, “Mzuri” texnikasının təqdimatı keçirilib. Bildirilib ki, Almaniya istehsalı olan bu texnika ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “Strip till” texnologiyası ilə əkilmiş qarğıdalı sahəsinə və taxıl təsərrüfatında gedən arpa səpininə baxış keçiriblər.

Sonda iştirakçılar şəkər çuğundurunun yığılması prosesi ilə tanış olublar. Bildirilib ki, 161,5 hektar ərazini əhatə edən şəkər çuğunduru sahəsinin hər hektarından orta hesabla 80 sentner məhsul yığılması gözlənilir. Ümumilikdə, 12920 ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır. Bu il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl aqroparkında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi sayəsində məhsulun yığım sürəti 2 dəfə artıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.

Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Bu il aqroparkda 166,2 ha arpa, 130,6 ha buğda, 156,6 ha qarğıdalı, 114,9 ha soya, 161,5 ha şəkər çuğunduru əkilib. Arpa üzrə orta məhsuldarlıq 5,14 ton/ha, buğda üzrə 5,9 ton/ha, qarğıdalı üzrə 9 ton/ha, soya üzrə isə 2,5 ton/ha təşkil edib. Ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından bu il 854,3 ton arpa, 770,5 ton buğda, 1409 ton qarğıdalı yığılıb.

Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Yüksək texnologiyalı protezlərlə 352 hərbçi təmin edilib

Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir.

Oxumağa davam et Yüksək texnologiyalı protezlərlə 352 hərbçi təmin edilib

Qarabağda yüksək texnoloji müəssisələr yaradılacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Kənd təsərrüfatında İsrailin müasir texnologiyaları tətbiq ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

Oxumağa davam et Kənd təsərrüfatında İsrailin müasir texnologiyaları tətbiq ediləcək

Türkmənistan Azərbaycanın gömrük texnologiyalarına maraq göstərir

Gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi Türkmənistan gömrük xidmətində maraq doğurur. Bu məqsədlə iki ölkənin gömrük orqanlarının mütəxəssislərinin iştirakı ilə onlayn formatda görüş keçirilib. 

Oxumağa davam et Türkmənistan Azərbaycanın gömrük texnologiyalarına maraq göstərir

Toxum sertifikatlaşdırılmasında yeni texnologiya tətbiq edilir

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.

Oxumağa davam et Toxum sertifikatlaşdırılmasında yeni texnologiya tətbiq edilir