Uşaqların cinsi istismarı və AIDS-ə yoluxdurmasına görə cəzalar sərtlaşdirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliklərinə əsasən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməzlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cinsi istismar və ya cinsi zorakılıq yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda cinayətkar üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunda tədbiq edilən dəyişikliklərlə tam olaraq burada tanış ola bilərsiniz.

Leave a ReplyCancel reply