Hər bir uşağın məktəbə getməsi onun həyatında yeni bir dönəmin başlaması deməkdir. Məktəbdən öncə uşaq baxçaya gedibsə o nisbət etibarı ilə məktəb nizam-intizamına daha tez uyğunlaşır, lakin əks halda bu dönəm ilk günlərdə uşaq üçün çətin ola bilər. Valideynlər təbii ki, bu mərhələdə övladlarına qarşı daha diqqətli və anlayışlı olmaldırlar. Onlar məktəb öncəsi uşaqlarının yeni şəraitə uyğunlaşmaları üçün onları bir çox gündəlik vərdişləri aşılamalıdırlar.
Oxumağa davam et Valideynlər uşaqların məktəbə adaptasiya dönəminin rahat keçirtməsi üçün nə etməlidirlər?Etiket arxivi: #uşaq
Uşaqlarınızı ruhdan salmamaq üçün məktəb qiymətlərinə necə yanaşmalısınız?
Yeni dərs ili başlayır və bu uşaqların yeni biliklərə yiyələnməklə birliktə dərsdən yaxşı və pis qiymətlərin alması, hansısa fənni çətin qavraması, müəllimlərin və valideynlərin narazılıqlarına tuş gəlməsi deməkdir. Uşaqlarınızı dahada böyük stresə məruz qoymamaq və ruhdan salmamaq üçün valideynlər məktəblilərin qiymətlərinə necə münasibət göstərməlidirlər. Aşağıda psixoloqların tövsiyyə etikləri ən düzgün yanaşmalar siyahısını təqdim edirik.
Biliklərə yiyələnmə prosesi çox vaxt qiymətdən daha vacibdir
Qiymətlər təkcə şagirdin məktəbdəki uğur və ya uğursuzluğunun göstəricisi deyil. Bəzi uşaqlar üçün, onlar özünə inam mənbəyi ola bilər, bəziləri üçün isə məişət mübahisələrinə yol açan səbəb. Buna görədə şagirdin həyatında qiymətlərin əhəmiyyətini şişirtməməyə çalışmaıyıq.
Uşağınızla qiymətlər haqqında deyil, dərsin gedişatı, yeni bilikləri haqqında danışın. Gündəlikdəki qeydlər bir göstəricidir, lakin bu göstərici bəzən heçdə uşağının bilik səviyyəsinin göstəricisi deyil. Yaxşı qiymətlər almayan uşaq pis əhval-ruhiyyədə ola bilər və ya lövhə qarşısında sərbəst dərs danışmaqda çətinlik, həyəcan hiss edə bilər, keçirilən dərsin mövzusunu tam qavramaya bilər.
Bəlkədə yüksək qiymət almadığının səbəbi onlayn oyunda lazımi səviyyəyə çatmaq istədiyi üçün ev tapşırığını vaxtında yerinə yetirməyib.
Yaxşı qiymət isə uşağın yarım gün ərzində internetdə məruzə üçün material axtarması nəticə verib. Cənubi Afrikanın bitkiləri haqqında onun qədər maraqlı faktlara heç kim toplamayıb və ya testin çox asan olduğu məlum olub. Məktəbli yaxşı qiymət aldığını xoşbəxtlikdən ona asan sualların düşməsini deyir, halbuki o, bir ay ərzində gündə bir-iki misal həll edərək, yaxşı hazırlaşıb və bunun nəticəsində misallar ona asan görünüb.
Buna görə də, məktəblinin hansı qiymət almasından asılı olmayaraq daha çox onun gündəlikdə ki, qiymətə deyil uşağın dərslərə ayırdığı vaxta və onları düzgün qavramağına diqqət yetirməliyik. Uşaqdan aldığı qiymətlə bağlı özünü necə hiss etdiyini, dərslərə hazırlaşdıqda və ya hazırlaşmadıqda nələrin baş verdiyini, nəyi bəyəndiyini, nəyi təəccübləndiyini və ya məyus olduğunu söyləməsini xahiş edin.
Bu qiyməti aldıqdan sonra onun nə edəcəyi barədə də danışmağa dəyər. Məsələn, yaxşı qiymət aldıqdan sonra şagird tropik floranı öyrənməyə dahada böyük həvəs göstərəcək, çünki bu, maraqlıdır. Qeyri-məqbul qiymət aldıqdan sonra isə düşünəcək ki, oyuna başlamadan öncə dərsləri oxumaq lazımdır, çünki əks halda yarım gün bir göz qırpımında keçəcək və dərslər yerinə yetirilmədiyi üçün gündəlikdə qeyri-məqdul qiyməti olacaq bu isə heçə sevindirici hal deyil. Belə bir təhlil uşağa qazanılan təcrübədən nəticə çıxarmağı öyrənməyə kömək edəcək.
Qiymətindən asılı olmayaraq uşağınıza diqqətli olun
Belə olur ki, valideynlər praktiki olaraq yaxşı qiymətlərə reaksiya vermirlər. Əla qiyməti almısan? Belə də olmalıdır! Yaxşı? Niyə daha yüksək qiymət olmasın? Və yalnız qeyri-məqbul qiymət bütün işlərini atıb uşaqla məşğul olmağa və ya ondan nə baş verdiyini ətraflı soruşub və kömək təklif etməyə həvəsləndirə bilər. Uşaqda belə nəticəyə gəlir ki, bir az istilik və qayğı əldə etməyin əmin yolu pis qiymət almaqdır.
Belə halların qarşısını almaq üçün istənilən qiymətləndirmədə ona vaxt və diqqət ayırmağa dəyər. Əgər qiymətlər yüksəkdirsə, uşağın fənn ilə bağlı daha çox nəyi sevdiyini müzakirə edə bilərsiniz. Mütləq onun dərsdə maraqlı faktlar öyrəndiyinə sevindiyinizi göstərin.
Qiymətlər aşağı olarsa, uşağın nədən narahat olduğunu müzakirə edə bilərsiniz. Ola bilsin ki, müəllim dərsi darıxdırıcı aparır və mövzunu çətin formada təqdim edir və ya uşaq vacib dərsi buraxdığı üçün mürəkkəb mövzunu təkbaşına oxuyub başa düşə bilmir. Belə halda ona öz köməyinizi təklif etməlisiniz.
Uşağınızı çətin məqamda dəstəkləyin
Uşağın valieynlərinə qüvənə biləcəyi ilə bağlı heç bir şübhəsinin olmaması vacibdir. O bilməlidiri ki, istənilən çətin vəziyyətdə və ya səhv etdikdə valideynləri həmişə onunla eyni komandada olacaq və bu vəziyyətdən necə çıxmalı oluğunun yollarını tapmaqda kömək edəcəklər.
Məktəblinin təkbaşına öhdəsindən gələ bilməsi çətin olan vəziyyətlər var. Məsələn, müəllimlə münaqişəsi ola bilər və ya uğursuz esse yazdıqdan sonra növbəti işə başlamazdan əvvəl özünü narahat hiss edir. Ola bilsin nə vaxtsa müəllimi rəsm çəkməyi bacarmadığını deyərək onu həqiqətəndə əsəbiləşdirib və artıq illər keşməsinə baxmayaraq şagird əlinə qələm və fırça götürməkdən, rəssamlığın tarixini öyrənməkdən imtina edir. Nəticədə pis qiymətlər alır.
Belə vəziyyətlərdə valideyn dəstəyinə ehtiyac var. Valideyn uşaqlarına həvəsləndirici sözlər deyərək onlara inandıqlarını göstərə bilərlər, hətta mütəxəssisdən kömək istəyədə bilərlər ki, bu psixoloji maneəni aşa bilsinlər.
Bəzən uşağın sadəcə valideynlərinin maraqla onların öyrəndiyi şeirə, hazırladığı məruzənin təqdimatına qulaq asmağına, axşamddan çantasını yığmasını yadına salmaqlarına ehtiyacı olur ki, onlarla birlik hiss etsin. Belə olduğu halda uşaq tək olmadığını, valideynlərinin onun tərəfində olmasını və birlikdə istənilən problemin öhdəsindən gələcəyini hiss edir.
Uşağınızı yarqılamayın
Qiymət yalnız bu günün göstəricisidir və sabah dəyişə bilər. Uşaq isə həmişə özü olaraq qalacaq. Buna görə də onu məğlub olmuş, dar düşüncəli və digər təhqiramiz epitetlərlə yarqılamağa ehtiyac yoxdur.
Bəli, o əsəbiləşib, səhv etdiyinizi sübut etmək üçün daha yaxşı çalışa bilər. Buna bir çox valideyn ümid edir, lakin uşağınız üzüləcək və həqiqətən inanacaq ki, onun imkanları məhduddur və gələcəkdə onun üçün özünə və qabiliyyətlərinə inamı bərpa etmək çox çətin olacaq.
Buna görə də, məktəb qiymətlərini şəxsi keyfiyyətlərdən ayırın və birincinin əhəmiyyətini ikincisi ilə müqayisədə şişirtməyin.
Uşağınızın diqqətini qiymətləndirilməyən fəaliyyətə yönəldin
Başqa insanlarla müqayisələrdən, eləcə də müxtəlif reytinqlərdən qaça bilmərik. Buna görə qiymətləndirmə tələb etməyən sahələrə və peşələrə diqqət yetirməyə dəyər. Bu müxtəlif hobbilər, istirahət, səyahət, ailə və dostlarla münasibətlər ola bilər.
Uşağın məktəblə əlaqəli olmayan fəaliyyətlərinə daha çox diqqət yetirməyə və onun seçdiyi istiqamətdə inkişaf etmək istəyini dəstəkləməyə dəyər.
Nümunə ilə göstərməyə çalışın ki, həyatda heç bir qiymətləndirmənin mümkün olmadığı çox şeylər var. Məsələn, digər insanları başa düşmək və yaxşı dost olmaq, yaxınlarınızla maraqlanmaq və kömək istəmək, çətin anlarda belə sevinmək üçün səbəblər tapmaq vacibdir. Məktəb qiymətləri unudulacaq, bu bacarıqlar isə uşaqda uzun müddət qalacaq.
Uşaqlar arasında ən çox hansı nevroloji patologiyalar müşahidə olunur?
Yeni doğulmuş körpələrin ağlağanlığının, yuxusuzluğunun nevroloji pozuntu kimi səbəbləri ola bilər. Bu problemi aşkar etmək üçün körpələr vaxtında həkimə göstərilməlidir.
Oxumağa davam et Uşaqlar arasında ən çox hansı nevroloji patologiyalar müşahidə olunur?Uşaqları övladlığa götürəcək şəxslər nə qədər aylıq sosial ödənişlərlə təmin olunacaq?
Sosial müəssisələrdə əlilliyi olan 29 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.
Oxumağa davam et Uşaqları övladlığa götürəcək şəxslər nə qədər aylıq sosial ödənişlərlə təmin olunacaq?Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri necə aşkar edək?
Qalxanabənzər vəzi boynumuzun ön hissəsində (nəfəs borumuzun önündə) yerləşən təxminən 20-25 qr ağırlığında bir endokrin sistem vəzisidir. Bu vəzin istehsal etdiyi hormonlar (T3 və T4) sayəsində orqanizmin metabolizmı adətən mexanik saat kimi işləyir. Qalxanabənzər vəzin müxtəlif xəstəlikləri zamanı, onun funksiyası pozulur və nəticədə orqanizmdə bəzi dəyişikliklər baş verir.
Oxumağa davam et Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri necə aşkar edək?Gələn ay bağçalara uşaqların qəbuluna başlanılacaq
Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məktəbəqədər təhsil müəssisələrində görülən işlər barədə məlumat verərkən növbəti ayda bağçalara uşaqların qəbuluna başlanılacağını bildirib.
Oxumağa davam et Gələn ay bağçalara uşaqların qəbuluna başlanılacaqAzərbaycanda uşaqlar mobil cihazlar üzərindən ən çox hansı tətbiqlərdən istifadə edirlər
Azərbaycanda uşaqların 2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər ən çox vaxt sərf etdikləri mobil tətbiqləri təhlil edib.
Oxumağa davam et Azərbaycanda uşaqlar mobil cihazlar üzərindən ən çox hansı tətbiqlərdən istifadə edirlərKapital Bank-ın dəstəyi ilə uşaqlar üçün cizgi filmi hazırlanıb
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün cizgi filmi hazırlayıb.
Oxumağa davam et Kapital Bank-ın dəstəyi ilə uşaqlar üçün cizgi filmi hazırlanıbUşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır
İyun ayında yalnız uşaqlar bişirəcəklər.
Oxumağa davam et Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır“İnsan Hüquqları Aylığı” davam edir
Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Oxumağa davam et “İnsan Hüquqları Aylığı” davam edirUşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir.
Oxumağa davam et Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıbİki azyaşlı uşaq quyuya düşərək ölüb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Oxumağa davam et İki azyaşlı uşaq quyuya düşərək ölübBakıda 13 yaşlı uşağı atası yaşında kişi ilə nişanlayıblar
Bakının Sabunçu rayonunda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanmasıyla bağlı xəbərlər yayılıb.
Ana və uşağın sağlamlığı üçün hamiləlik dövründə hansı tədbirlər görülməlidir?
Hamiləlik qadının həyatında ən önümli və məsukiyyətli dövrlərindən biridir. Bu dövrdə qaının yanında savadlı həkimin olması bir çox hallarda mümkün ola biləcək fəsadların və ağırlaşmaların qarşısını ala bilər. Lakin ailə üzvləridə bu dövrdə son dərəcə diqqətli və qayğıkeş olmalıdırlar.
Oxumağa davam et Ana və uşağın sağlamlığı üçün hamiləlik dövründə hansı tədbirlər görülməlidir?Nazir məktəblərdən birində məşqçinin uşağı öldürməyindən danışıb
Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.
Oxumağa davam et Nazir məktəblərdən birində məşqçinin uşağı öldürməyindən danışıbİlin əvvəlindən 28 uşaq övladlığa götürülub
2023-cü ilin 1-ci rübündə 13-ü oğlan, 15-i qız olmaqla 28 uşaq övladlığa götürülüb.
Oxumağa davam et İlin əvvəlindən 28 uşaq övladlığa götürülubUşaq İncəsənət Festivalının birinci mərhələsi başlayıb
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir.
Oxumağa davam et Uşaq İncəsənət Festivalının birinci mərhələsi başlayıbValideynlərin qan uyğunsuzluğu uşağa necə təsir edə bilər?
Bir neçə il öncə Azərbaycanda ailə quran cütlüklərin tibbi müayinəsi məsələsi müzakirəyə çıxarıldı və bununla bağlı müvafiq qərarlar qəbul edildi. Bu prosedur dünyaya gələcək uşağın sağlam olmasına da öz təsirini göstərir.
Oxumağa davam et Valideynlərin qan uyğunsuzluğu uşağa necə təsir edə bilər?“Cəsur ayı və dostları” uşaq kitabı Beynəlxalq Uşaq Kitabları Şurasının Fəxri Siyahısına daxil edilib
Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) Fəxri Siyahısına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssam İskəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyevə 11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən qurumun sertifikatları təqdim olunub.
Oxumağa davam et “Cəsur ayı və dostları” uşaq kitabı Beynəlxalq Uşaq Kitabları Şurasının Fəxri Siyahısına daxil edilibUşaq İncəsənət Festivalının ilk mərhələsinə qeydiyyat başlayıb
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb.
Oxumağa davam et Uşaq İncəsənət Festivalının ilk mərhələsinə qeydiyyat başlayıbAzərbaycanda uşaqlara qadceti ilk dəfə neçə yaşında verirlər?
Kaspersky-nin araşdırmasına* görə, respondentlərin 31%-i övladına ilk dəfə 2-3 yaşında, demək olar ki dörddə biri (23%) isə 4-6 yaşında elektron cihaz veriblər. Eyni zamanda, uşaqların üçdə biri (35%) artıq 7-11 yaşlarında, hər dördüncüsü (27%) isə 12-15 yaşlarında öz telefon və ya planşetinə sahibdirlər.
Uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev epilepsiya ilə bağlı ictimaiyyəti maeaqlandıran sualları cavablandırıb.
Oxumağa davam et Uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir?Uşaq İncəsənət Festivalında iştirak üçün 27 minə yaxın müraciət qeydə alınıb
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat martın 30-da başa çatıb.
Oxumağa davam et Uşaq İncəsənət Festivalında iştirak üçün 27 minə yaxın müraciət qeydə alınıbBir yaşadək uşağı olan qadınların hansı sahələrdə işləməkləri qadağandır?
Dövlət Əmək Müfəttişliyi Xidməti bir yaşadək uşağı olan qadın işçilərin hüquqları ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.
Oxumağa davam et Bir yaşadək uşağı olan qadınların hansı sahələrdə işləməkləri qadağandır?Kafe sahibinin uşağı oğurlanıb
Bakıda kafe sahibinin övladı oğurlanıb.
Oxumağa davam et Kafe sahibinin uşağı oğurlanıbUşaqlarda qulaq ağrısı hansı fəsadlar yaradır
Uşaqlarda ən çox müşahidə olunan xəstəliklərdən biri qulaq ağrısıdır. Lakin bununla yanaşı, digər xəstəliklərdə var ki, onların səbəbi bazı hallarda anaların təcrübəsizliyi olur.
Oxumağa davam et Uşaqlarda qulaq ağrısı hansı fəsadlar yaradırBirinci Uşaq İncəsənət Festivalı keçiriləcək
Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalı keçiriləcək.
Oxumağa davam et Birinci Uşaq İncəsənət Festivalı keçiriləcəkUşaqlar daha çox hansı onlayn resurslarl maraqlanırlar
Mütəxəssislər 2022-ci ildə Azərbaycanda uşaqların ən çox ziyarət etdikləri saytların kateqoriyalarını təhlil ediblər.
Oxumağa davam et Uşaqlar daha çox hansı onlayn resurslarl maraqlanırlarMəktəbəqədər yaşlı uşaqlara hansı qida vərdişlərini aşılamaq vacibdir?
İnsanda erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda bu vərdişləri dəyişdirmək çətinləşir.
Oxumağa davam et Məktəbəqədər yaşlı uşaqlara hansı qida vərdişlərini aşılamaq vacibdir?Ermənistanın uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi ilə bağlı Azərbaycanın hesabatı BMT-nin sənədi kimi yayılıb
Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Oxumağa davam et Ermənistanın uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi ilə bağlı Azərbaycanın hesabatı BMT-nin sənədi kimi yayılıbUşaqlarda mədə-bağırsaq problemlərinin artmasının səbəbi nədir?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev nazirliyin sosial media hesablarına uşaqlar arasında qastroenteroloji problemlərlə bağlı gələn sualları cavablandırıb.
Oxumağa davam et Uşaqlarda mədə-bağırsaq problemlərinin artmasının səbəbi nədir?Zəlzələdə yaralanan və Azərbaycana gətirilən uşaqların müalicəsinə başlanılıb
Türkiyədə ağır zəlzələdə yaralanan və Azərbaycana gətirilən 10 uşağın son vəziyyəti açıqlanıb.
Oxumağa davam et Zəlzələdə yaralanan və Azərbaycana gətirilən uşaqların müalicəsinə başlanılıbUşaqların cinsi istismarı və AIDS-ə yoluxdurmasına görə cəzalar sərtlaşdirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliklərinə əsasən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməzlər.
Oxumağa davam et Uşaqların cinsi istismarı və AIDS-ə yoluxdurmasına görə cəzalar sərtlaşdirildiUşaq sağlamlığı ilə bağlı aktual suallar cavablandırılıb
Valideynlər daim övladlarının sağlamlığını qoruyurlar və bəzən kiçik bir soyuqdəymə belə böyük problemlər yaratmasın deyə onların bəzən daha yaxşı məlumatlı olmasına ehtiyac duyulur.
Oxumağa davam et Uşaq sağlamlığı ilə bağlı aktual suallar cavablandırılıbTamam Cəfərova: Uşaqlara qarşı cinsi zorakılıq edənlər, pedofillər axtalansın
2021-ci il ərzində məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri nəzərdə tutulur) cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub. Onların əksəriyyəti yaxın gohumları və tərəfdaşları tərəfindən öldürülüb.
Oxumağa davam et Tamam Cəfərova: Uşaqlara qarşı cinsi zorakılıq edənlər, pedofillər axtalansınUşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb?
Istənilən xəstəliyi vaxtında aşkar etdikdə onun qarşısını almaq, organizmə və ətrafdakı insanlara vura biləcəyi ziyanın qarşısını almaq mümkündür. Diş ağrısıda bu qaydadan istisna deyil.
Oxumağa davam et Uşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb?Uşaqlarda şəkərli diabetin əlamətləri hansılardır?
Tip 1 diabet uşaqlıq dövründə müşahidə edilən diabetin ən geniş yayıldığı formasıdır. Belə ki, 19 yaşdan aşağı olan uşaqlar arasında yeni qoyulmuş diabet diaqnozunun 2/3 hissəsi məhz tip 1 diabetin payına düşür. Dünya ölkələrində uşaqlar arasında tip 2 diabet xəstəliyi halları da artmaqdadır. Finlandiya və Sardiniya adasında 15 yaşdan aşağı olan hər 100.000 uşağa diabet ilə yaşayan 37-45 uşaq düşür. Ən az diabet halları Venesuella və Çinin bəzi hissələrdin müşahidə edilir. ABŞ-da isə uşaq və yeniyetmələr arasında diabet hər 100.000 nəfərdən 23.6-da müəyyən edilir.
Oxumağa davam et Uşaqlarda şəkərli diabetin əlamətləri hansılardır?Ailə uşaqla görüşmək və təmasda olmaq hüquqlarından hansı hallarda məhrum edilir
Baş Prokurorluq #İNSANHÜQUQLARI xeşteqi altında paylaşdığı növbəti maarifləndirici material uşaqlarla bağlı insan hüquqlarına aiddir, yəni valideynlik müavinətləri, uşaqla görüşmək və təmasda olmaq hüquqları.
Oxumağa davam et Ailə uşaqla görüşmək və təmasda olmaq hüquqlarından hansı hallarda məhrum edilirValideynlərin uşağın tərbiyələndirməsinə fərqli yanaşması nə ilə nəticələnir?
Uşaqların tərbiyəsində valideynlər birlikdə hərəkət etməlidir, çünki valideynlər fərqli və laqeyd davrandıqda uşaqlar nə edəcəklərini bilmirlər.
Oxumağa davam et Valideynlərin uşağın tərbiyələndirməsinə fərqli yanaşması nə ilə nəticələnir?Uşaqlarda allergiyanı hansı ilkin əlamətlərə görə müəyyən etmək olar?
Dünya üzrə son illər allergiyanın artımı müşahidə olunur. Hazırda qida allergiyasından əziyyət çəkən uşaqların sayı Birləşmiş Krallıqda (BK) 7%, Avstraliyada 9% təşkil edir. Avropa boyu qida allergiyasına sahib olan yetkinlər üzrə göstərici isə 2 faizdir. Allergiya immun sisteminin ətraf mühitdə zərərsiz sayılan allergen adlı maddələr ilə mübarizəsi zamanı yaranır. İmmunnitet zəiflədikdə isə alerqik realsiyalar daha kəskin şəkildə özünü biruzə verir.
Oxumağa davam et Uşaqlarda allergiyanı hansı ilkin əlamətlərə görə müəyyən etmək olar?Sərhəddə 7 azyaşlı uşaq saxlanılıb
Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Oxumağa davam et Sərhəddə 7 azyaşlı uşaq saxlanılıbBakı üzrə 23 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
Oktyabrın 3-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Oxumağa davam et Bakı üzrə 23 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunubUşaq karyeraya maneə deyil, stimuldur
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer “Qadın və kişilərin karyera qurmalarına və istədikləri sayda övlad sahibi olmalarına mane olan sədləri aradan qaldırmağın vaxtı yetişib” adlı məqalə hazırlayıb.
Oxumağa davam et Uşaq karyeraya maneə deyil, stimuldurAzərbaycan ailə və uşaq hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyaya qoşulur
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur.
Oxumağa davam et Azərbaycan ailə və uşaq hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyaya qoşulurUşaqlarda mövsümi virusların əlamətləri və müalicə üsulları
Bəzən valideynlər uşaqları yoluxucu xəstəliklərə tutulduqda xəstəliyin fəsalarını aradan qaldırmaq üçün antibiotiklərdən istifadə edirlər, baxmayaraq ki, antibiotiklər bəzi hallarda xəstəliyi dahada ağıqlaşdıra bilər.
Oxumağa davam et Uşaqlarda mövsümi virusların əlamətləri və müalicə üsullarıUşaqlara işgəncə verən mərkəz direktoru həbs edilmədi
Bakı Apellyasiya Məhkəməsində Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
Oxumağa davam et Uşaqlara işgəncə verən mərkəz direktoru həbs edilmədiBakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Oxumağa davam et Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışı olubTəcavüz nəticəsində hamilə qalan 13 yaşlı qız evdə uşaq dünyaya gətirib
Bakıda təcavüzə məruz qalan 13 yaşlı qız ana olub.
Oxumağa davam et Təcavüz nəticəsində hamilə qalan 13 yaşlı qız evdə uşaq dünyaya gətiribUşaqlarda böyrək daşı və böyrək çatışmamazlığına hansı əlamətlər işarə edir?
İçməli suyun keyfiyyətinin aşağı olması nəticəsində, valideynlərin uşaqlarının duzlu yemək yeməyinə nəzarət etməməsi və ümumilikdə genetik meyillilik səbəbindən uşaqlarda da böyrək daşı xəstəliyinə rast gəlinir. Valideynlərin hansı əlamətlər müşahidə olunduqda uşaqlarının böyrək çatışmamazlığından əziyyət çəkdiyindən şübhələnməli və hansı tədbirlər görməli olduqları haqda ətraflı məlumatı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev aşağıda təqdim etdiyimiz müsahibədə uşaqlarda böyrək daşı xəstəliyinin vaxtında aşkarlanması üçün mütəmadi olaraq dispanser müayinədən keçirilməsinin vacibliyini vurğulayıb.
Rauf müəllim, xroniki böyrək çatışmazlığının ilkin əlamətləri hansılardır?
Böyrək parenximasının tədricən atrofiyası ilə müşayiət olunan patoloji hallar nefronlarının böyük bir qisminin məhvinə orqanizmdə su-duz və elektrolit mübadiləsinin tənzimlənməsi kimi funksiyaların hissəvi və ya tamamilə itirilməsinə gətirib çıxarır ki, bu da xroniki böyrək çatışmazlığına səbəb olur.
Xroniki böyrək çatışmazlığının əsas əlamətlərinə yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, bədəndə maye balansının pozulması ilə əlaqədar olaraq ayaqlarda və digər orqanlarda şişkinlik (ödəm), yuxu problemləri və gözlərdə şişkinlik, dəri quruluğu, hipertenziya, başağrısı və s. aiddir.
Ümumiyyətlə, xroniki böyrək çatışmazlığının 5 mərhələsi var. Bu mərhələlərə bölünmənin əsas kriterləri – qanda kreatininin səviyyəsi, yumaqcıqların filtrasiya sürətinin təyini və sidikdə albuminin dəyərləndirilməsidir.
Hamiləlik dövründə zülal itkisinin qarşısı alınmazsa, hansı problemlər yarana bilər?
Hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olur. Lakin proteinuriya səviyyəsi bundan daha yüksək olduğu hallarda həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa müxtəif fəsadların yaranmasına səbəb olur. Anada arterial təziqin yüksəlməsinə səbəb olaraq, preeklapsiya və eklapsiya vəziyyətlərinə qətirib çıxarda bilər. Preeklapsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beyində funsional dəyişikliklər müşahidə edilir. Bu isə fetoplasentar çatmamazlığına gətirib çıxarda bilər. Eklapsiya zamanı isə qıc olmalar, qaraciyər-böyrək çatmamazlığı, ağ ciyərlərin ödəmi və beyin qansızmaları müşahidə edilir.
Ana bətnində olan uşaqda isə böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur, çox ağır formalarda isə beyin qanaxmalarına səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda 3-cü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir.
Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?
Böyrək daşların əmələ gəlməsindən çox geniş danışmaq olar. Lakin, əsas risk faktorlarından – qidalanma tərzi, metabolik pozğunluqların olması, yetərsiz maye qəbulu, bəzi dərmanlar, fərdi olaraq insanın anatomik quruluşu, irsi və geoqrafik amillər və s. aiddir. Böyrəkdə yaranmış daşlar kiçik olduğu hallarda və yerləşməsindən asılı olaraq, sidik axarına düşə bilər. Ölçüsü kiçik olan daşlar (6 mm-ə qədər) spontan olaraq tamamilə sidik traktından xaric ola bilər.
Uşaqlarda böyrək və sidik kanalında daşlarının yaranmasının əsas səbəbi nədir?
Ümümiyyətlə, böyüklərlə müqayisədə uşaqlarda daş xəstəliyi dəfələrlə az rast gəlinir. Uşaqlarda böyrək daşının yaranmasının əsas səbəblərindən geoqrafik, klimatik, irsi və alimentar faktorları qeyd etmək olar. Bununla yanaşı metabolik pozğunluqlar və sidik yollarında olan müxtəlif anadangəlmə qüsurlar da vacib amillər sırasındadır. Anadangəlmə qüsurlardan əsasən polikistik və nalvari böyrəklər, böyrək-sidik axarı seqmentinin darlığı, sidik kisəsi-sidik axarı reflüksu, sidik kanalının darlığını qeyd etmək olar.
Uşaqlarda böyrək daşı xəstəliyinin əlamətləri hansılardır?
Böyüklərdə olduğu kimi, uşaqlarda da böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılar, sidikdə qanın olması, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, ümumi zəiflik, halsızlıq kimi şikayətlərlə özünü büruzə verir. Bəzi hallarda isə sidik daşı xəstəliyi heç bir şikayətlər olmadığı hallarda inkişaf edir. Bu baxımdan uşaqların vaxtlı-vaxtında dispanser müayinədən keçirmək vacibdir. Daşların tərkibinə gəldikdə isə uşaqlarda daha çox oksalat daşları – 75%, sonra urat və sistin daşları rast gəlinir.
Reinteqrasiya tədbirləri nəticəsində 73 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qayıdıb
Bu il 150 uşaq övladlığa verilib.
Oxumağa davam et Reinteqrasiya tədbirləri nəticəsində 73 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qayıdıbUşağı internetdə necə qorumalıyıq?
Dərs ilinin başlanmasına çox az vaxt qalıb və uşaqlar istirahət günlərinin dadını çıxarmağa davam edirlər. Tətil günləri uşaqların adi vaxtlara nisbətən daha tez-tez öz başına buraxıldığı, asudə vaxtlarını çox vaxt kompüter və qadcetlərə ayrıldığı dövrdür.
Oxumağa davam et Uşağı internetdə necə qorumalıyıq?Valideyn himayəsindən məhrum olan 28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.
Oxumağa davam et Valideyn himayəsindən məhrum olan 28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlərMüavinətin hesablanması və ödənilməsi normaları dəyişilib
Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.
Oxumağa davam et Müavinətin hesablanması və ödənilməsi normaları dəyişilibYenidoğulmuş uşaq xəstəxanada öldü
Prokurorluq yenidoğulmuş uşağın xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparır.
Oxumağa davam et Yenidoğulmuş uşaq xəstəxanada öldüHər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda yeni ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Oxumağa davam et Hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcəkKafedə alkoqollu içkilər içən uşaqların valideynləri hara baxır? – VİDEO
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbərim Kəmalə Ağazadə bu gün sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olan video görüntülər paylaşıb.
Oxumağa davam et Kafedə alkoqollu içkilər içən uşaqların valideynləri hara baxır? – VİDEOUşaqlarda mədə-bağırsaq infeksiyalarının yaranması səbəbi nədir? – CANLI YAYIN
Səhiyyə Nazirliyi ictimaiyyəti maarifləndirmək məqsədi ilə sosial şəbəkələrdə təşkil etdiyi canlı sual-cavab yayımlarına davam olaraq bu gün yay mövsumunda aktual olan uşaqlarda mədə-bağırsaq infeksiyaları mövzusunda sualları cavablandıracaq.
Oxumağa davam et Uşaqlarda mədə-bağırsaq infeksiyalarının yaranması səbəbi nədir? – CANLI YAYINBakıda baş vermiş yanğında iki uşaq vəfat edib
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.
Oxumağa davam et Bakıda baş vermiş yanğında iki uşaq vəfat edibUşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait 24 milyon manatadək artırılacaq
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Oxumağa davam et Uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait 24 milyon manatadək artırılacaqBakıda ana və azyaşlı uşaq balkondan yıxılıblar
Bakıda Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında yerləşən binanın balkonundan ana və azyaşlı uşaq yıxılıblar.
Oxumağa davam et Bakıda ana və azyaşlı uşaq balkondan yıxılıblarSığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Oxumağa davam et Sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq edilməsi faktı ilə bağlı cinayət işi başlanıbValideynlər hara baxır?
Uşaqların əksəriyyəti həyatlarını smartfonlar və rəqəmsal məzmun olmadan təsəvvür
edə bilmirlər.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb.
Oxumağa davam et 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi GünüdürBu il 449 doğumu dövlət qeydiyyatına alınmamış uşaq aşkar edilib
Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika açıqlanıb.
Oxumağa davam et Bu il 449 doğumu dövlət qeydiyyatına alınmamış uşaq aşkar edilibUşaq ölümünə səbəb olan Azərişıq əməkdaşının işi məhkəməyə göndərilib
Xəbər verildiyi kimi, 08.02.2022-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Oxumağa davam et Uşaq ölümünə səbəb olan Azərişıq əməkdaşının işi məhkəməyə göndərilibFHN azyaşlı uşaqlarla bağlı müraciət edib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur.
Oxumağa davam et FHN azyaşlı uşaqlarla bağlı müraciət edibHüseyn Qabulov: Uşaqlara vurulan peyvəndlər 10-15 il sınaqdan keçirilir
Məlumdur ki, peyvəndlər insanları ağır infeksiyon xəstəliklərdən qorumaq və pandemiyaların qarşısını almaq məqsədi ilə yaradılır və insanlara vurulur. Dünya təcrübəsinə görə effektiv bir vaksinin hazırlanmsı üçün ən azı 5-8 il vaxt tələb olunur. Bu müddət ərzində vaksin öncədən müxtəlif heyvanlar üzərində sinaqdan keçirilir, daha sonra könüllülərə vurulur və sınaqlar nəticəsində onun güclü və zəif tərəfləri aşkar edilərək artıq kütləvi şəkildə tətbiq üçün təkmilləşdirilir.
Oxumağa davam et Hüseyn Qabulov: Uşaqlara vurulan peyvəndlər 10-15 il sınaqdan keçirilirXarkovda valideynləri həlak olan 3 azərbaycanlı uşaq Azərbaycana təxliyə edilib
Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı – 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər.
Oxumağa davam et Xarkovda valideynləri həlak olan 3 azərbaycanlı uşaq Azərbaycana təxliyə edilibNikahdan kənar uşaqların hüquqlarının tanınması məsələsi gündəmə qətirilib
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəsi hazırlanıb.
Oxumağa davam et Nikahdan kənar uşaqların hüquqlarının tanınması məsələsi gündəmə qətirilibOnlar azərbaycanlı uşaqların gözlərini çıxarıblar, hamilə qadınların qarnını yarıblar…
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı.
Oxumağa davam et Onlar azərbaycanlı uşaqların gözlərini çıxarıblar, hamilə qadınların qarnını yarıblar…Autizmli uşaqlar sosial həyata adaptasiya olurlar – FOTO
Autizm üzrə məşhur amerikalı mütəxəssis, “Child with a Future” fondunun təmsilçisi Bill Piters Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub.
Oxumağa davam et Autizmli uşaqlar sosial həyata adaptasiya olurlar – FOTOUşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır?
Son zamanlar bir bir çox ölkədə autizmli uşaqların sayında artım müşahidə edilir. Çox az autizmli uşaq yetkinlik yaşına çatdıqdan sonra müstəqil həyata keçməyi bacarır, lakin bəziləri müvəffəq olur. Üstəlik, autizmli insanların özünəməxsus bir mədəniyyəti yaranıb, bəziləri çarə axtarır, bəziləri isə autizmi xəstəlikdən daha çox “xüsusi”, alternativ bir vəziyyət olduğuna inanır.
Oxumağa davam et Uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır?Suraxanıda 12 yaşlı uşaq cinsi zorakılığa məruz qalıb
Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işi başlanıb.
Oxumağa davam et Suraxanıda 12 yaşlı uşaq cinsi zorakılığa məruz qalıbTemperaturu dərhal aşağı salmaq mütləqdirmi?
Adətən bir çox valideyin soyuqdəymə və ya qrip nəticəsində uşaqlarda müşahidə olunan temperaturun artması zamanı dərhal onu aşağı salmağa çalışırıq. Əslində isə müəyyən həddə qədər temperaturun artması insan orqanizminin virusla müqavimət göstərməsinin və immunitetin işlək vəziyyətdə olduğunun göstəricisidir. Bir çox hallarda temperatur artaraq yad cisimləri orqanizmin daxilində məhv edir və insan tez bir zamanda sağalır. Bundan başqa, uşaqlar bəzən həddən çox coşduqda, fiziki aktivlik göstərdikdə onların temperaturu arta bilər və bu normal bir haldır.
Oxumağa davam et Temperaturu dərhal aşağı salmaq mütləqdirmi?Uşaqlar arasında yayılan virus hansı fəsadlar yarada bilər?
Son zamanlar uşaqlar arasında yayılan virus xroniki xəstəlikləri olan uşaqlar üçün daha təhlükəlidir və ağırlaşdıqda bronxitə səbəb ola bilər.
Oxumağa davam et Uşaqlar arasında yayılan virus hansı fəsadlar yarada bilər?Uşaqlar arasında qripə yoluxma riski daha çoxdur
Son aylar uşaqlar arasında kəskin virus infeksiyası yayılıb. Əsas əlamətləri quru öskürək, yüksək hərarət, halsızlıq olan bu xəstəlik bəzən bir həftəyə qədər uzanır və uşaqları çox süstləşdirir.
Oxumağa davam et Uşaqlar arasında qripə yoluxma riski daha çoxdurAzərbaycanda ötən il yeniyetmə-analar dünyaya 1917 uşaq gətirib
Azərbaycanın Aran rayonları ötən il 18 yaşadək yeniyetmə-analar tərəfindən doğulan uşaqların sayına görə reytinqin lideri olublar.
Oxumağa davam et Azərbaycanda ötən il yeniyetmə-analar dünyaya 1917 uşaq gətiribUşaq bağçaları Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək
Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Oxumağa davam et Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəkUşaqların boy göstəriciləri hansı amillərdən asılıdır?
Uşaqlarda doğulandan yeniyetmə yaşınadək hər il müəyyən qədər boy və çəki artımı müşahidə edilir. Yeniyetmə dövründə bu artım daha sürətlə baş verir və bəzən bəstəboy oğlanlar və qızlar bir il ərzində öz yaşıdlarını boy göstəricilərində inanılmaz dərəcədə ötürlər. Lakin boy artımı müəyyən yaş dövründə dayanır, və bu proses qızlarda və oğlanlarda müxtəlif yaşlarda baş verir.
Oxumağa davam et Uşaqların boy göstəriciləri hansı amillərdən asılıdır?15 yaşınadək uşaqların fərdi identifikasiya kartı ləğv edildi
Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə yeni şəxsiyyət vəsiqəsi veriləcək, bu sənəd hazırki fərdi identifikasiya kartını əvəz edəcək.
Oxumağa davam et 15 yaşınadək uşaqların fərdi identifikasiya kartı ləğv edildi“Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” – VİDEO
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” adlı beynəlxalq onlayn forum baş tutub.
Oxumağa davam et “Erkən uşaq inkişafı: yeni yanaşmalar və təcrübələr” – VİDEOYeni doğulan 1000 uşaqdan 8-də ürək qüsuru aşkar edilir – SƏBƏBLƏR
Azərbaycanda yeni doğulmuş 1000 uşaqdan 7-8-də ürək qüsuru aşkar edilir.
Oxumağa davam et Yeni doğulan 1000 uşaqdan 8-də ürək qüsuru aşkar edilir – SƏBƏBLƏRBu il 99 uşaq övladlığa verilib
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.
Oxumağa davam et Bu il 99 uşaq övladlığa verilibİraqdan Azərbaycan vətəndaşı olan 38 uşaq ölkəmizə repatriasiya edilib
Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraqdan ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.
Oxumağa davam et İraqdan Azərbaycan vətəndaşı olan 38 uşaq ölkəmizə repatriasiya edilibUşağı diləndirənlərin valideyn hüquqları məhdudlaşdırıla bilər
Azyaşlıların valideynləri tərəfindən diləndirilməsi və antisanitar şəraitdə saxlanılması faktı ilə əlaqədar olaraq Baş Prokurorluq valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib.
Oxumağa davam et Uşağı diləndirənlərin valideyn hüquqları məhdudlaşdırıla bilərSuriyadan gətirilən qadın və uşaqlara psixoloji dəstək göstərilir
Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların reablitasiya və reinteqrasiya işləri həyata keçirilir.
Oxumağa davam et Suriyadan gətirilən qadın və uşaqlara psixoloji dəstək göstərilirAzyaşlı uşağını öldürməkdə şübhəli bilinən ata tutulub
Mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxumağa davam et Azyaşlı uşağını öldürməkdə şübhəli bilinən ata tutulubProkurorluq 14 yaşlı uşağın başına daş parçasının düşməsi ilə bağlı araşdırma aparır – VİDEO
Aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Oxumağa davam et Prokurorluq 14 yaşlı uşağın başına daş parçasının düşməsi ilə bağlı araşdırma aparır – VİDEOOperativ Qərargah uşaq bağçalarının açılmasına icazə verib
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Oxumağa davam et Operativ Qərargah uşaq bağçalarının açılmasına icazə verib