Sabah havanın yağmursuz keçəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacağı, lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Həftə ərzində Kəlbəcər, Laçın, Şuşa rayonlarında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.

Havanın temperaturu gecə saatlarında 3-8° şaxta, gündüz saatlarında 2° şaxtadan 3° -dək isti olacaq.

Kəlbəcər, Laçın, Şuşa rayonlarında həftəlik hava proqnozu

Leave a ReplyCancel reply