Etiket arxivi: #hava

Bu gündən havanın temperaturunun iqlim normasından aşağı enəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Oxumağa davam et Bu gündən havanın temperaturunun iqlim normasından aşağı enəcək

Havada müşahidə olunan toz dumanı iki gün davam edəcək

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə temperaturun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.

Oxumağa davam et Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciət edib

Havanı çirkləndirən restoranlar cərimələnib

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Oxumağa davam et Havanı çirkləndirən restoranlar cərimələnib

Azərbaycanla İsrail arasında hava əlaqələri haqqında vacib saziş imzalanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.

Oxumağa davam et Azərbaycanla İsrail arasında hava əlaqələri haqqında vacib saziş imzalanıb

May ayında yağıntılı günlər çox olacaq

Beynəlxalq metereoloji xidmətlərin məlumatlarına əsasən may ayında Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti əsasən ayın 14-dək müşahidə olunacaq, havanın temperaturu ay ərzində 20-21 dərəcə isti olacaq. Şimal dağlıq ərazilərdə yağıntılı və buludlu hava şəraiti əksər günlərdə müşahidə olunacaq, havanın temperaturu əsasən 17-18 dərəcə isti olacaq. Cənub bölqələrdə havanın temperaturunun 25-27 dərəcəyədək yüksəlməsinə baxmayaraq yağıntılı hava şəraiti müşahidə olunan günlərin sayı az olmayacaq.

Oxumağa davam et May ayında yağıntılı günlər çox olacaq

Bəzi ərazilərdə havanın dəyişəcəyi proqnozlaşdırılır

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Oxumağa davam et Bəzi ərazilərdə havanın dəyişəcəyi proqnozlaşdırılır