Yüksək texnologiyalı protezlərlə 352 hərbçi təmin edilib

Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu tədbirlərin tərkib hissəsi kimi postmüharibə dövründə 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti, o cümlədən 2554 nəfərə reabilitasiya müəssisələrində xidmətlər göstərilib.

I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxsə 367 yüksək texnologiyalı müasir protezlər verilib.

1605 müharibə əlili 25 min reabilitasiya vasitəsi ilə təmin olunub, 3 minədək ailənin üzvlərinə psixoloji dəstək göstərilib.

Leave a ReplyCancel reply