Növbəti qabiliyyət imtahanları keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə aid aşağıda verilmiş qabiliyyət imtahan komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək

Abituriyentlər Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə buraxılış vərəqələrini çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin yerləşdirilməsi haqqında məlumat veriləcək. 

İxtisaslarKomissiya koduŞəhər
Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı62,85,79Xaçmaz, Naxçıvan
Məşqçilik78Naxçıvan
Təsviri incəsənət müəllimliyi13Bakı
Təsviri incəsənət müəllimliyi89Lənkəran
Xoreoqrafiya sənəti53Bakı
Musiqi müəllimliyi32, 76Bakı, Naxçıvan
Akademik vokal69Naxçıvan
İnstrumental ifaçılıq71,72Naxçıvan
Musiqişünaslıq30Naxçıvan
Xalq çalğı alətləri74Naxçıvan
Dirijorluq75Naxçıvan
Xanəndəlik95Naxçıvan
Milli vokal96Naxçıvan
 11 illik kolleclərə qəbul üçün
Fiziki tərbiyə müəlimliyi6401,6404,6406,6408,6409Xaçmaz, Naxçıvan
İnstrumental ifaçılıq4303,4403Naxçıvan
Təsviri sənət1602Bakı
Dizayn1604Gəncə
Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi5501Bakı
9 illik kolleclərə qəbul üçün
 Xoreoqrafiya sənəti142Bakı
Fiziki tərbiyə müəlimliyi152, 652,752,852,952Xaçmaz, Naxçıvan
İnstrumental ifaçılıq621,622,421,422,321,322,521,522,721,722Naxçıvan, Bərdə, Lənkəran, Gəncə, Şəki
 Vokal sənəti323,324,423,424,623,624,723Naxçıvan, Bərdə, Lənkəran, Gəncə

 İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

–     imtahana buraxılış vərəqəsini; 

–     Bədən tərbiyəsi və idman istiqamətinə aid imtahanlara gələn abituriyentlər sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

–     şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər imtahana buraxılmayacaqlar.

Leave a Reply Cancel reply