Şadlıq saraylarında qiymətlər artmaqda davam edir

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63 % artım qeydə alınıb.

TIME  Trend-ə istinadən bildirir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata əsasən hesabat dövründə toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Leave a ReplyCancel reply