Xərçəng riskini 61% azaltmağa kömək edən kompleks üsul tapılıb

Alimlərin keçirdiyi tədqiqatlar nəticəsində məlum olub ki, xərçəngin qarşısını almaq üçün bəzi hallarda vitaminlərlə yanaşı fiziki aktivliyin təmin edilməsinində böyük əhəmiyyəti var.

TIME xarici mətbuata istinadən bildirir ki, omeqa-3 və ya D vitamini kimi əlavələrin, xüsusilə sağlam yaşlanma üçün qəbul etməyin sağlamlığa fayda verə biləcəyi atıq bir çoxları üçün yenilik deyil. Təkcə bu tövsiyyələrin yerinə yetirilməsinin faydalı olması sübut olunsa da, son araşdırmalardan biri göstərir ki, bəzən bununla yanaşı insanlar gərək fiziki aktivliklərini təmin etsinlər.

Belə ki, “Frontiers in Aging” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar omeqa-3, D vitamini və hətta ev şəraitində idmanla məşğul olmağın xərçəng riskinin azaldılmasına təsir göstərir. Ayrı-ayrılıqda bu üç tövsiyyənin hər birisi xərçənq olmaq riskini azaltmağa kömək edə bilər, lakin hər üç üsuldan istifadə etdikdə xərçəng riskini 61% azaltmağa kömək edir.

Üç ildən çox davam edən bu tədqiqatda 2000-dən çox insan iştirak edib. Bütün iştirakçıların yaşı 70-dən yuxarı olub və tədqiqatın əvvəlində sağlam hesab olublar. Tədqiqatçılar hər bir amilin (gündə D vitamini, bir qram omeqa-3s və evdə idman məşqləri) təsirini, həmçinin üçdən ikisini birləşdirməyin və hər üçünün təsirini araşdırıblar.

Bu üsulların birinin istifadəsi, həm də iki üsulun birləşməsi müsbət nəticələr əldə etməyə kömək edib, lakin hər üçünü birləşdirmək indiyədək ən böyük azalma effektini göstərib.

Baxmayaraq ki, ayrıca fiziki aktivliyin effektivliyi ilə bağlı məlumat o gədərdə çox deyil və hələdə tədqiqatların aparılmasına ehtiyac var, kompleks şəkildə bu üsulun tətbiqi xərçəngin azaldılması taktikası üçün çox ümidverici olduğu qeyd edilib.

Alimlər onuda qeyd ediblər ki, xərçəngin növündən asılı olaraq insanların ziyanlı vərdişlərinədə son qoymalıdırlar, misal üçün, ağ ciyər xərçəngindən əziyyət çəkən insanlar tütündən istifadəyə son qoymalıdırlar.

Leave a ReplyCancel reply