Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni İnformasiya Sistemi yaradıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.

Oxumağa davam et Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni İnformasiya Sistemi yaradıb

AQTA sahibkarları “brokerlər”dən ehtiyyatlı olmağa şağırıb

Özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.

Oxumağa davam et AQTA sahibkarları “brokerlər”dən ehtiyyatlı olmağa şağırıb

Türk dövlətləri ortaq dərslikləri müzakirə ediblər

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib. 

Oxumağa davam et Türk dövlətləri ortaq dərslikləri müzakirə ediblər

Qızların təhsildən yayındırılması və erkən nigahlar – VİDEO

Bu gün Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi  və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib.

Oxumağa davam et Qızların təhsildən yayındırılması və erkən nigahlar – VİDEO

Arvadını güllələyib, qonşusunu yaralayan şəxs həbs edilib

Bu ilin fevral ayında Yevlax rayonu, Hacıselli kənd sakinləri – 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Oxumağa davam et Arvadını güllələyib, qonşusunu yaralayan şəxs həbs edilib

Bəzi mallara görə hesablanmış ƏDV məbləğləri azaldılacaq

Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.

Oxumağa davam et Bəzi mallara görə hesablanmış ƏDV məbləğləri azaldılacaq

Veb izləyicilər onlayn formalara nəzarəti ələ almaq üçün yeni üsul icad ediblər

KU Leuven, Radboud və Lozanna Universitetlərinin professorları tərəfindən nəşr edilən yeni tədqiqat işində, araşdırma zamanı istifadəçilərin e-poçt ünvanlarının öncədən razılıq istənmədən izləmə, marketinq və analitika domenlərinə ötürüldüyü aşkar edildi.

Oxumağa davam et Veb izləyicilər onlayn formalara nəzarəti ələ almaq üçün yeni üsul icad ediblər