Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 10-u axşam, 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-12° isti, dağlarda 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Fevralın 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Leave a ReplyCancel reply