Pensiyalar yanvar ayında artımla veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu ay pensiyaların ödəniləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.

Bu il nəzərdə tutulan pensiya artımının verilməsi vaxtı ilə bağlı sualları cavablandıraraq fondun rəsmisi, əmək pensiyalarının hər ilin əvvəlində Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi məlumatda qeyd olunan ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırıldığını qeyd edib: “Qeyd olunan göstərici dəqiqləşdikdə bu barədə ətraflı məlumat veriləcək”.

Leave a ReplyCancel reply