Rəşad Dağlının cinayət işi icraata verildi

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

TIME Trend-ə istinadən bildirir ki, cinayət işi hakim Leyla Əsgərovanın sədrliyi ilə araşdırılacaq. Hazırlıq iclasının vaxtı hələlik müəyyən edilməyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Leave a ReplyCancel reply