DİM vakansiya elan edib

DİM Maliyyə şöbəsinin Büdcələmə və hesabatvermə sektorunda böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirib ki, kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Struktur bölmənin adı: Maliyyə şöbəsi, Büdcələmə və hesabatvermə sektoru.

Vəzifənin adı: böyük məsləhətçi.

Təhsilə dair tələb:   Maliyyə və iqtisadiyyat ixtisasları üzrə ali təhsil.

İş təcrübəsinə dair tələb: Maliyyə sahəsində 3 il iş təcrübəsi.

Qulluq funksiyaları:

  1. Mərkəzin funksional vahidləri üzrə illik gəlir və xərc proqnozlarının hazırlanması;
  2. İcra rəqəmlərinin proqnoz rəqəmlərlə mərkəz üzrə analizi;
  3. Gəlir və xərc mərkəzlərinin icrasının büdcə ilə müqayisəli təhlili;
  4. Faktiki aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak;
  5. İmtahanlar üzrə gəlirlər və xərclərin proqnozunun icrası barədə məlumatların analizi;
  6. Büdcədən kənarlaşma hallarının aşkara çıxarılması, əhəmiyyətli fərqləri təhlil edib şöbə rəhbərinin məlumatlandırılması;
  7. İllik pul hərəkəti barədə proqnozların hazırlanmasında iştirak;
  8. İl ərzində pul hərəkəti hesabatının büdcə ilə müqayisəli təhlili;
  9. Büdcə modelinin  təkmilləşdirilməsi barədə təkliflər verilməsi;
  10. Gəlir və xərc mərkəzlərinin aylıq hesabat göstəricilərinin təhlili;
  11. Dövlət qurumları hesabatların hazırlanması;
  12. Vergi bəyannamələri, statistik hesabatların hazırlanması;
  13. Sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  14. Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
  15. Sahəsi üzrə hər il sənədlərin düzgün arxivləşdirilməsi;
  16. Sahəsi üzrə sənədlərin icrasının yoxlanılması.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2.

Kompüter biliklərinə dair tələblər: Excel və 1C 8.2-3 bilikləri.

Xüsusi tələblər: Riyazi təfəkkür, analitik düşüncə bacarığı, komandada işləmək bacarığı, vergi qanunvericiliyi, ACCA, CFA, PMS sertifikatlı namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Maliyyə şöbəsində böyük məsləhətçi” qeyd etməklə hr@dim.gov.az elektron poçt ünvanına 10 aprel 2023-cü il tarixinədək göndərə bilərlər.

Leave a ReplyCancel reply