Azərbaycan şüşə butulkaların ixracını artırıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC daha bir ölkəyə – Gürcüstana şüşə butulkaların ixracına başlayıb. İlkin mərhələdə Gürcüstana təqribən 3,5 min ədəddən çox şüşə butulka göndərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış “Glassica” QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilib. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb.

Leave a ReplyCancel reply