Keniyanın dövlət xidmət orqanlarında Azerspace-2 peykinin internet xidmətlərinin istifadəsinə başlanılıb

“Azərkosmos” Keniya Respublikasının peyk xidmətləri təqdim edən “CommCarrier” şirkəti ilə uzunmüddətli layihələr üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əməkdaşlıq müqaviləsinə əsasən bu gündən etibarən Keniyanın dövlət xidmət orqanlarında Azerspace-2 peykinin internet xidmətlərinin istifadəsinə başlanılıb.

Qeyd edək ki, “CommCarrier” şirkəti Şərqi və Mərkəzi Afrika regionunda Azerspace-2 peykinin KU diapazonu ilə tərəfdaşlarına xidmət göstərəcək.

“Peyk xidmətlərimizin Afrika regionunda hökumət və özəl qurumlar tərəfindən istifadəsi bizi sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələr üzərində işlərimizi sürətləndiririk”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində Azerspace-2 peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə müştərilərimizin artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier” şirkətinin direktoru Qiri Babu qeyd edib.

Leave a ReplyCancel reply