AZAL qısamüddətli işgüzar səfərə yollananlar üçün yeni tarif təqdim edib

Azərbaycan Hava Yolları (AZAL) pilot layihə çərçivəsində Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə şirkətin rəsmi saytında onlayn aviabilet bron edərkən daha sərfəli “Economy Lite” tarifini seçmək imkanı təqdim edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün nəzərdə tutulub.

“Əgər baqaj lazım olarsa, siz onu hər zaman onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzimizlə əlaqə saxlayaraq və ya birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilərsiniz”, – deyə şirkət məlumatında qeyd edib.

Leave a ReplyCancel reply