Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Oxumağa davam et Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın görüşü keçirilib

Azərbaycan və Türkiyə elektron dövlət portalları integrasiya ediləcək

Sentyabrın 1-də “Teknofest” çərçivəsində Türkiyənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı həyata keçirləcək.

Oxumağa davam et Azərbaycan və Türkiyə elektron dövlət portalları integrasiya ediləcək

Кристиан Бэйл предстал в образе детектива из триллера “Всевидящее око”

Стриминговый сервис Netflix поделился первым кадром из готического триллера Скотта Купера “Всевидящее око” (The Pale Blue Eye).

Oxumağa davam et Кристиан Бэйл предстал в образе детектива из триллера “Всевидящее око”

Эксперт спрогнозировал обвал рынка биткоина

Почему первая криптовалюта может подешеветь в краткосрочной перспективе и когда она вернется к росту.

Oxumağa davam et Эксперт спрогнозировал обвал рынка биткоина

Депп появился на премии в виде голограммы астронавта и попросил подработку – ВИДЕО

Актер Джонни Депп появился на премии MTV VMA в виде голограммы астронавта.

Oxumağa davam et Депп появился на премии в виде голограммы астронавта и попросил подработку – ВИДЕО

Prezident İlham Əliyev Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəsibə Abdullayevaya fəxri adın verilməsi haqqında Sərəncam imzalayıb.

Oxumağa davam et Prezident İlham Əliyev Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verib

İxtisasca mühəndis olan tanınmış aktyorun 80 illik yubileyi oldu

Ramiz (“İnsan məskən salır”), Cabbarov (“Arxadan vurulan zərbə”), Kamil (“Torpaq. Dəniz. Od. Səma”),  Muradov (“Ömrün ilk saatı”) kimi obrazların mahir ifaçısı, ixtisasca mühəndis olmasına baxmayaraq aktyorluq fəaliyyətilə tanınmış, özünə geniş tamaşaçı auditoriyası toplamağı bacarmış Ələsgər İbrahimovun 80 illik yubileyidir.

Oxumağa davam et İxtisasca mühəndis olan tanınmış aktyorun 80 illik yubileyi oldu

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsi başlayır

Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə start verilir.

Oxumağa davam et Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsi başlayır

Daha 151 nəfər özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 151 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib.

Oxumağa davam et Daha 151 nəfər özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Боевые корабли России движутся в направлении британского берега

У побережья Великобритании появились ракетный крейсер “Маршал Устинов” и большой противолодочный корабль “Вице-адмирал Кулаков”. Их сопровождает танкер “Вязьма”.

Oxumağa davam et Боевые корабли России движутся в направлении британского берега

Крис Рок отказался вести следующий “Оскар” после пощечины от Уилла Смита

Крис Рок отказался вести церемонию награждения “Оскар-2023” после пощечины от Уилла Смита.

Oxumağa davam et Крис Рок отказался вести следующий “Оскар” после пощечины от Уилла Смита

Qubadlıda mina partlayıb – xəsarət alan var

Qubadlıda mina partlayışı olub.

TIME bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan olub.

“Partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub. Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə açıqlamada qeyd edilib.

İtkin düşmüş şəxslərlə bağlı Azərbaycan-Ermənistan müştərək mexanizmin yaradılması təklif olunur

İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan və Ermənistanla birgə müştərək mexanizm yaratması təklif edilib.

TİME bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bu təklifi səsləndirib.

Sektor müdiri qeyd edib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün küitləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

H.Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

“Abituriyent” jurnalının 5-ci nömrəsində 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib. 

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib. 

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək  aparılacaq.

Qarayara xəstəliyindən insanlar necə qoruna bilər?

Qarayara xəstəliyi mövsümi xarater daşıyır və adətən, yay-payız aylarında baş verir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür.

TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun məqaləsinə istinadən bildirir ki, qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.

İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkulların) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və başqa əlamətlərlə özünü göstərir.

Xəstəliyin qarşısını vaxtında almaq böyük əhəmiyyət kəsb edir. Odur ki, qarayaraya yoluxma şübhəsi yaranan şəxs dərhal həkimə müraciət etməlidir.

Yaraya toxunmaq olmaz, çünki müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.

Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq zamanı gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Xəstəlikdən mühafizə olunmağın ən yaxşı yolu isə baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Heyvan kəsimi mütləq baytarlıq mütəxəssisinin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısı alınmalıdır.

Sağlamlığın qorunmasında təsərrüfatlarda yetişdirilən iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsi də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, respublikada qarayaraya qarşı peyvəndləmə tədbirləri dövlət tərəfindən pulsuz şəkildə həyata keçirilir. Peyvəndləmədən sonra ən azı 2 həftə keçənə qədər peyvəndlənmiş heyvanın kəsilməsinə yol verilmir.

Ekosistemə 60 min manat ziyan vuran şəxslər barədə istintaq başlanıb

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib. 
  Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Uşaqlarda böyrək daşı və böyrək çatışmamazlığına hansı əlamətlər işarə edir?

İçməli suyun keyfiyyətinin aşağı olması nəticəsində, valideynlərin uşaqlarının duzlu yemək yeməyinə nəzarət etməməsi və ümumilikdə genetik meyillilik səbəbindən uşaqlarda da böyrək daşı xəstəliyinə rast gəlinir. Valideynlərin hansı əlamətlər müşahidə olunduqda uşaqlarının böyrək çatışmamazlığından əziyyət çəkdiyindən şübhələnməli və hansı tədbirlər görməli olduqları haqda ətraflı məlumatı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev aşağıda təqdim etdiyimiz müsahibədə uşaqlarda böyrək daşı xəstəliyinin vaxtında aşkarlanması üçün mütəmadi olaraq dispanser müayinədən keçirilməsinin vacibliyini vurğulayıb.

Rauf müəllim, xroniki böyrək çatışmazlığının ilkin əlamətləri hansılardır?

Böyrək parenximasının tədricən atrofiyası ilə müşayiət olunan patoloji hallar nefronlarının böyük bir qisminin məhvinə orqanizmdə su-duz və elektrolit mübadiləsinin tənzimlənməsi kimi funksiyaların hissəvi və ya tamamilə itirilməsinə gətirib çıxarır ki, bu da xroniki böyrək çatışmazlığına səbəb olur.
Xroniki böyrək çatışmazlığının əsas əlamətlərinə yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, bədəndə maye balansının pozulması ilə əlaqədar olaraq ayaqlarda və digər orqanlarda şişkinlik (ödəm), yuxu problemləri və gözlərdə şişkinlik, dəri quruluğu, hipertenziya, başağrısı və s. aiddir.
Ümumiyyətlə, xroniki böyrək çatışmazlığının 5 mərhələsi var. Bu mərhələlərə bölünmənin əsas kriterləri – qanda kreatininin səviyyəsi, yumaqcıqların filtrasiya sürətinin təyini və sidikdə albuminin dəyərləndirilməsidir.

Hamiləlik dövründə zülal itkisinin qarşısı alınmazsa, hansı problemlər yarana bilər?

Hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olur. Lakin proteinuriya səviyyəsi bundan daha yüksək olduğu hallarda həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa müxtəif fəsadların yaranmasına səbəb olur. Anada arterial təziqin yüksəlməsinə səbəb olaraq, preeklapsiya və eklapsiya vəziyyətlərinə qətirib çıxarda bilər. Preeklapsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beyində funsional dəyişikliklər müşahidə edilir. Bu isə fetoplasentar çatmamazlığına gətirib çıxarda bilər. Eklapsiya zamanı isə qıc olmalar, qaraciyər-böyrək çatmamazlığı, ağ ciyərlərin ödəmi və beyin qansızmaları müşahidə edilir.
Ana bətnində olan uşaqda isə böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur, çox ağır formalarda isə beyin qanaxmalarına səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda 3-cü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir.

Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?

Böyrək daşların əmələ gəlməsindən çox geniş danışmaq olar. Lakin, əsas risk faktorlarından – qidalanma tərzi, metabolik pozğunluqların olması, yetərsiz maye qəbulu, bəzi dərmanlar, fərdi olaraq insanın anatomik quruluşu, irsi və geoqrafik amillər və s. aiddir. Böyrəkdə yaranmış daşlar kiçik olduğu hallarda və yerləşməsindən asılı olaraq, sidik axarına düşə bilər. Ölçüsü kiçik olan daşlar (6 mm-ə qədər) spontan olaraq tamamilə sidik traktından xaric ola bilər.

Uşaqlarda böyrək və sidik kanalında daşlarının yaranmasının əsas səbəbi nədir?

Ümümiyyətlə, böyüklərlə müqayisədə uşaqlarda daş xəstəliyi dəfələrlə az rast gəlinir. Uşaqlarda böyrək daşının yaranmasının əsas səbəblərindən geoqrafik, klimatik, irsi və alimentar faktorları qeyd etmək olar. Bununla yanaşı metabolik pozğunluqlar və sidik yollarında olan müxtəlif anadangəlmə qüsurlar da vacib amillər sırasındadır. Anadangəlmə qüsurlardan əsasən polikistik və nalvari böyrəklər, böyrək-sidik axarı seqmentinin darlığı, sidik kisəsi-sidik axarı reflüksu, sidik kanalının darlığını qeyd etmək olar.

Uşaqlarda böyrək daşı xəstəliyinin əlamətləri hansılardır?

Böyüklərdə olduğu kimi, uşaqlarda da böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılar, sidikdə qanın olması, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, ümumi zəiflik, halsızlıq kimi şikayətlərlə özünü büruzə verir. Bəzi hallarda isə sidik daşı xəstəliyi heç bir şikayətlər olmadığı hallarda inkişaf edir. Bu baxımdan uşaqların vaxtlı-vaxtında dispanser müayinədən keçirmək vacibdir. Daşların tərkibinə gəldikdə isə uşaqlarda daha çox oksalat daşları – 75%, sonra urat və sistin daşları rast gəlinir.

Müddətli müqavilə ilə vakansiya seçimləri iki gün davam edəcək

30 avqust–1 sentyabr tarixlərində 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 30 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.Namizədlər 1 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.