Etiket arxivi: #DIM

Kolleclərə qəbul olmuş abituriyentlərin siyahısı və minimal keçid balları nəşr olunub

DİM 2022/2023-cü tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr edib. 

Oxumağa davam et Kolleclərə qəbul olmuş abituriyentlərin siyahısı və minimal keçid balları nəşr olunub

Orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta  təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin (o cümlədən subbakalavrların) ixtisas seçimi 7 sentyabr saat 23:59-dək aparılacaq.

Oxumağa davam et Orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Oxumağa davam et Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

“Abituriyent” jurnalının 5-ci nömrəsində 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib. 

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları dərc edilib. 

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək  aparılacaq.

I və IV ixtisas qrupu abituriyentləri ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib. 

Kitabçaları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür. 

Kitabçanın elektron versiyasını isə (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/.

II və III ixtisas qrupları üzrə imtahanlarının test tapşırıqlarının izahı açıqlanıb

Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər

Oxumağa davam et II və III ixtisas qrupları üzrə imtahanlarının test tapşırıqlarının izahı açıqlanıb

Ali və orta ixtisas təhsili müəssisələrinə əlavə sənəd qəbulu davam edir

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elan edilmiş əlavə sənəd qəbulu davam edir

Oxumağa davam et Ali və orta ixtisas təhsili müəssisələrinə əlavə sənəd qəbulu davam edir

DİM beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verib

Hazırda Platforma Dövlət İmtahan Mərkəzində (DİM) keçirilən 8 müxtəlif beynəlxalq imtahana vahid məkandan qeydiyyatdan keçmək və ya məlumat əldə etmək imkanını yaradır.

Oxumağa davam et DİM beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verib

DİM onlayn hazırlıq kursları təşkil edir

Dövlət İmtahan Mərkəzi tərəfindən 24-25 aprel 2021-ci il tarixlərində riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və ingilis dili fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları keçiriləcək.

Oxumağa davam et DİM onlayn hazırlıq kursları təşkil edir